“Paşinyan öz çağırışı ilə Ermənistanı işğalçı kimi dünyaya bəyan edib” – Balansanyan

2019/01/Vital-1548833829.jpg
Oxunub: 31492     09:54     04 Sentyabr 2019    
“Ermənistanın ali hakimiyyəti Paşinyanın simasında verdiyi bəyanatla Ermənistanı işğalçı dövlət kimi tanıdığını dünyaya bəyan edib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri qondarma qurumun sabiq “təhlükəsizlik şurasının sədri” Vitali Balasanyan deyib.

Paşinyanın işğal olunmuş Azərbaycan torpaqlarında səsləndirdiyi “Qarabağ Ermənistandır, Vəssalam” təxribatçı çağırışı hələ də müxtəlif dairələrdə qızğın müzakirə edilir.

Paşinyanın səsləndirdiyi bu bəyanatdan 1 ay keçsə də, indiyədək nə Baş nazir, nə də iqtidar qanadından hər hansı biri açıqlama verməyib.

Balasanyan bu çağırışın altında böyük təhlükələrin dayandığını hesab edir. O, həmsədrlərin səssiz qalmasını onlar üçün əlverişli bəyanat səsləndirilməsi ilə əlaqələndirib.

“Ermənistan hakimiyyəti nə barədə danışdığını bilmir. Bir anlığa təsəvvür edin ki, Qarabağın (qondarma qurum-red.) əlində kütləvi qırğın silahı peyda olur və bunu istisna etmirik. Biz Azərbaycanla güc yolu ilə danışırıq, bu halda kim məsuliyyət daşıyır?... Bu cür bəyanatı yalnız siyasi cəhətdən zəif insan edə bilərdi. Əks halda bəyanatın müəllifi bununla sətiraltı nə demək istədiyini açıqlamalı idi”, - deyə Balasanyan bildirib.

Paşinyan Ermənistan və qondarma qurumun “hərbi-siyasi elitası” arasında baş tutan görüşdə Qarabağ məsələsinin həllində öz proqramını təqdim etdiyi və onun hamı tərəfindən qəbul olunduğu bildirib.

Xatırladaq ki, həmin vaxt Balasanyan sözügedən “vəzifə”də idi. O bildirib ki, o, ya həmin görüşdə iştirak etməyib, yaxud da Paşinyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı proqramını eşitməyib.

“Həqiqəti etiraf edək, belə bir proqram yoxdur. Siyasi reytinqi yüksək saxlamaq üçün bu cür üsullara əl atmaq olmaz. Lakin əgər belə bir proqramın olduğunu hesab edirlərsə, yaxşı olardı ki, bu proqram diplomatik baxımdan yol verildiyi həcmdə cəmiyyət üçün açıqlanardı. Yaxud Baş nazir ənənəsinə uyğun canlı “Facebook” yayımı ilə bu barədə danışardı”, - deyə Balansyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin