Düşmənin “Satana” adlı hərbi hissəsində yeni cinayət FAKTLARI

2019/09/17263-1567576430.jpg
Oxunub: 26979     20:52     04 Sentyabr 2019    
Cari ilin iyul ayında işğal altında olan Madagizdə dislokasiya olunan “Satana” çağırış adlı 33651 nömrəli hərbi hissədə silah oğurluğu baş verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “İnsan Haqları naminə Jurnalistlər” ictimai birliyi məlumat yayıb.

Məlumata görə, oğurlanmış silah AKM tipli avtomatdır və fakt üzrə hüquq mühafizə orqanları iş aparır.

Maraqlıdır ki, hərbi hissə komandiri polkovnik Armen Gözəlyan da oğrunu tutmaq qərarına gəlib. O, oğurluğa görə müddətli hərbi qulluqçu, hazırda tərxis edilmiş S.M.-dən şübhələnir. Erməni komandir əsgəri cəzalandırmaq qərarına gəlib və köləlik dövründə qəbul edilən cəza üsullarını tətbiq etməklə yerinə yetirməyə çalışıb. Bildirilir ki, o, gənc əsgəri oturacaqda oturmaqla qidalanma və gecə yatma imkanlarından məhrum edərək hərbi hissənin qərargahı qarşısında oturmağı əmr edib.

Qeyd olunur ki, əsgər S.M. oturacaqda 3 gün keçirib. Həmin vaxtadək onun tərxis olma müddəti başa çatmasına baxmayaraq, faktiki olaraq, həmin 3 gün müddətində əsgəri qanunsuz olaraq hərbi hissədə saxlayıblar.

Məlumata görə, M.N. Lori vilayətindəndir və hərbi xidmətə gələnədək Almaniyanın Makdeburq şəhərində yaşayıb. Qeyd edilən şəxs belə bir hadisənin baş verdiyini təkzib etməsə də, detallı məlumat vermək istəmədiyini bildirib. Əlavə edib ki, onu hərbi xidmətdən evə 3 yox, 7 gün gec buraxıblar.

Hərbi xidmətdə iyrənc cəzaya məruz qalan S.M. adlı şəxsin maraqlarını müdafiə edən vəkil Arman Bağryan bildirib ki, silah oğurluğu ilə bağlı cinayət işi açılıb. Müdafiə etdiyi şəxsə qarşı ittiham irəli sürülüb. O, başqa detallar haqqında məlumat verməyib.

Vəkil Bağryan hərbi hissə komandirinin onu hərbi hissədən gec buraxması haqqında hər hansə məlumatı olmadığını qeyd edib. O bildirib ki, məsələ istintaqın nəticəsində müəyyən olunacaq.

İstintaq komitəsinin sözçüsü Nayira Harutyunyan məsələ ilə bağlı verdiyi açıqlamasında qeyd edib ki, Ermənistan Hərbi İstintaq Baş İdarəsinin 3-cü qarnizon istintaq şöbəsi tərəfindən aparılan cinayət işi üzrə müddətli xidmət hərbi qulluqçusu S.M.-ə qarşı silah-sursat ələ keçirilməsi iddiası ilə ittiham irəli sürülüb. Həmçinin o, bölüyün silah otağından AKM tipli avtomat ələ keçirmə, onu qanunsuz saxlama və qanunsuz yolla daşımaqda da ittiham edilir. Onun barəsində yaşayış yerini tərk etməmə barədə qərar qəbul edilib, ibtidai istitnaq davam edir.

Madagizdəki hərbi hissəsində baş vermiş cinayətlə bağlı jurnalist araşdırmaları nəticəsində “hərbi qulluqçunu yerə yıxaraq təpiklə döyüblər” və “zabit əsgərləri yerə uzandıraraq, onların üzərindən addımlayıb” kimi məqalələr dərc edildikdən sonra Ermənistan Müdafiə Nazirliyinin rəsmi şəxsləri narahat olmağa başlayıblar. Bu hərbi hissədə daxili isintaq araşdırmalarına başlamaq əvəzinə, onlar məqalələrin dərc olunduğu sayta qarşı feyk istifadəçilər vasitəsilə sosial şəbəkələrdə hücumlar təşkil edib.

Ermənistan Müdafiə Nazirliyi baş verənləri təkzib edib və daha sonra Madagizdəki hərbi hissəyə səfər təşkil edib. Səfər zamanı erməni jurnalistləri qonaqlıqlarda yedizdirib, içizdirib komandirin tərif edilməsinə və yalan, təkzib məlumatların yayılmasına nail olublar.

Məsələn, müsahibələrindən birində hərbi hissə komandiri, polkovnik Armen Gözəlyan iddia edirdi ki, haqqında məqalə yazılan müavini mayor Artur Fəhradyanın əsgərləri yerə uzatması və onların üzərindən addımlamasına dair yayılan məlumatlar şayiədir. Ancaq DATALEX məhkəmə axtarış sistemindəki məlumatlara əsasən, Fəhradyan hərbi qulluqçulara “qalx uzan” əmri verərək, onların üzərindən addımlamaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Mayor Fərhadyan məhkəmədə etiraf ifadəsi verib.

Madagizdəki hərbi hissədə fevral ayının 10-da baş verən digər zorakılıq faktı üzrə də yeni sübutlar ortaya çıxıb. Baş verən hadisənin şahidi olan şəxs ifadə verərək bildirib ki, həmin gün hərbi hissənin zabitləri Erik Hamperyan, Qarnik Xaçatryan, Harutun Minasyan və Albert Xaçatryan müddətli hərbi qulluqçu, hazırda tərxis edilən A.X qəddarcasına döyülüb.

Döyülən şəxs bildirib ki, taborun zabitləri onu siqaret çəkən yerdə yaxalayıblar. Əsgər yol verdiyi nöqsana görə özünə haqq qazandırmağa çalışarkən zabitlər, onu valideynlərinin gətirilərək hərbi hissənin qarşısında utandırılacaqları ilə hədələyiblər. Erməni əsgər valideynlərini təhqir edən zabitlərə qarşı çıxıb, zabitlər isə onu qəddarcasına döyüb. Lakin baş verənlərlə bağlı heç bir sübut yoxdur. Ona görə ki, cinayət işi üzrə dindirilən silahdaşları ilk vaxtlarda ifadələrində əsgərin döyüldüyünü təsdiq etsələr də, qeyri-müəyyən səbəblərdən ifadələrini dəyişdiriblər. İndi hadisənin şahidi ortaya çıxdıqdan sonra ibtidai istintaqın istiqamətinin dəyişdiriləcəyi ehtimal edilir.

Xatırladaq ki, cinayət işi qarşılıqlı zorakılıq hərəkətlərinə yol verilməsi maddəsi ilə açılıb. Prokurorluğun məlumatına əsasən , qeyd olunan fakt üzrə 5 təqsirləndirilən şəxs var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin