Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisənin yeni təfərrüatları ortaya çıxıb.
Ayağından aldığı odlu silah yarası xəsarətləri ilə həmin binanın sakini Coni Samsonyan hadisə yerindən “Astğik” tibb mərkəzinə təxliyyə edilib. O, Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin komandiridir. Üstəlik, şahidlərin ifadəsinə görə odlu silah yarası alan komandir, məhz özü ona atəş edən şəxsi zərərsizləşdirib. Saxlanılan şəxs Malatiya polis şöbəsinə aparılıb.
Yeni əldə edilən məlumatlara görə, Ermənistan MN-in hərbi hissə komandirinə atəş edən şəxs onun sürücüsü olub. Komandir sürücüsünü işdən azad edib, sürücü isə əvəzində komandirlə haqq-hesab çəkməyə qərar verib. Həbs edilən müqaviləli hərbi qulluqçu öz yaxın çevrələrinə bildirib ki, bu addımı onu işdən azad etdiklərinə yox, sadəcə komandirin davranışı onu hövsələdən çıxardığına görə atıb.
“Nələr etməyib ki?”, deyə səmimi danışaraq, o əlavə edib ki, işən azad edildikdən sonra, heç olmasa kimsə komandirin törətdiyi qanunsuzluqların qarşısını almalı, kimsə onu susdurmalıdır deyə haqq-hesab çəkməyi qərara alıb.
Fakt üzrə Cinayət Məcəlləsinin qətl törətməyə cəhdetmə, qanunsuz silah saxlama üzrə müvafiq maddələri əsasında cinayət işi açılıb. 4 aydan sonra bu cinayət üzrə ibtidai istintaq başa çatıb və cinayət materialları İrəvan məhkəməsinə göndərilib.
Məlumdur ki, komandirin sürücüsü Harutyun Sarkisyan olub. Ona qarşı qanunsuz yolla əldə etdiyi və qanunsuz yolla saxladığı, hərbi sursat hesab edilən 7.6 mm kalibrli 7 güllə ilə doldurulmuş, keçmiş SSRİ-nin 1941-ci il zavod istehsalı “Naqan” tipli 7.62 mm tapançadan iki dəfə atəş etməklə, şüurlu şəkildə Coni Samsonyanı öldürməyə cəhd etməkdə ittiham olunub. Lakin zərərçəkənin müqavimətinə rast gələrək, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini sona çatdıra bilmədiyi qeyd edilir.
Komandiri öldürməyə cəhd etməklə bağlı cinayət işini Konstitusiya məhkəməsinin sabiq üzvü Kim Balayanın oğlu, İrəvan şəhər məhkəməsinin hakimi Davit Balayan araşdıracaq.
Alpər Mövludoğlu
Ordu.az