Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu tərxis olunmuş erməni hərbi qulluqçu Tsolak Xaçatryan Ermənistan Müdafiə Nazirliyinin qarşısında yenidən keçirdiyi aclıq aksiyası zamanı deyib.
Xaçatryan qeyd edib ki, nazirliyin məsələ ilə bağlı araşdırması problemin həllini heç cür tezləşdirmir.
Onun sözlərinə görə, ödəniləcək kompensasiyanın həcmi 6 milyon dramdır. Xaçatryan, həmçinin əsas məbləğin üzərinə keçən illər dövründə yığılan cərimələrin də əlavə edilməsini tələb edir. Bununla da, o hesab edir ki, Müdafiə Nazirliyi ona 10 milyon dram ödəməlidir.
Hərbi xidmətdən təxris edildikdən sonra əmək haqqının 15 qatı həcmində birdəfəlik vəsait ödənilməlidir. Xaçatryan bu vəsaiti də almadığını qeyd edir.
Sabiq erməni hərbiçinin sözlərinə görə, Müdafiə nazirliyinə və Paşinyana məktub göndərib. Həmin məktubla tanışlıq zamanı tərxis müddətində Müdafiə Nazirliyinin səhvlərə yol verdiyini aşkar edib. Bu məktubdan sonra xidməti araşdırma təyin edilib və avqust ayının 26-da araşdırma yekunlaşıb. Dəfələrlə araşdırmanın nəticəsi ilə maraqlanmağa cəhd edən Xaçatryan bildirir ki, Müdafiə Nazirliyinin məsul şəxsləri ilə danışmağa nail ola bilmir. O hesab edir ki, faktiki olaraq Müdafiə Nazirliyi onu məsxərəyə qoyur.
O qeyd edib ki, təkrarən aclıq aksiyası elan etmədən öncə problemini bir daha Paşinyanın köməkçisi Nairi Sarkisyana bildirib. Onun sözlərinə görə, Baş nazirin köməkçisi problemin indiyədək həll edilmədiyinə görə təəccüblənib.
Xatırladaq ki,Ermənistan İnzibati məhkəməsi Müdafiə Nazirliyinə qarşı Xaçatryanın iddiasının qismən təmin edilməsi haqqında hökm vermişdi.
Alpər Mövludoğlu
Ordu.az