Ermənistan məhkəməsi Müdafiə Nazirliyinə qadağa qoyub

2019/02/41565-1551258458.jpg
Oxunub: 9247     17:54     03 Sentyabr 2019    
Ermənistan İnzibati Məhkəməsi A.X-nin sonuncu məhkəmə aktının qüvvəyə minməsinə qədər onun hərbi xidmətə çağırılmasını Müdafiə Nazirliyinə qadağan edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan İnzibati Məhkəməsi Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin vəkili Hayk Hakobyanın bu barədə vəsatətini qəbul edib

Xatırladaq ki, A.X-nin hərbi xidmətə çağırılmasın təxirə salınması məsələsi üzrə onun təmsilçisi, Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin vəkili Suzanna Soğomonyan 2018-ci il dekabrın 29-da məhkəməyə müraciət etmişdi.

Hakobyan 2019-cu il iyulun 19-da Lori vilayətinin hərbi komisarı A. Tumanyana yazılı məlumat verərək A.X-nin hərbi çağırışı məsələsini dayandırmasını xahiş edib. Buna baxmayaraq, A. Tumanyan 2019-cu il iyulun 23-də hərbi xidmətə çağırılması ilə bağlı A.X-yə bildiriş göndərib. H. Hakobyan qeyd edilən şəxsin hərbi xidmətə çağırılmasını qadağan edən bildirişlə İnzibati Məhkəməyə müraciət edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Çağırış   Qadağa  


Bizi "telegram"da izləyin