Ermənistana Rusiyadan silah idxalı ilə bağlı tender baş tutmayıb

2019/08/567-1566818127.jpg
Oxunub: 15759     15:02     26 Avqust 2019    
Ermənistan Müdafiə Nazirliyinin keçirdiyi, yalnız Rusiyanın ORSİS şirkətinin qatıldığı silah tədarükü tenderinin pozulması ilə bağlı cinayət işi başlanıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ORSİS-in nümayəndəsi məlumat yayıb.

Onun sözlərinə görə, cari ilin may ayında Ermənistan Müdafiə Nazirliyinin ilk dəfə bir neçə milyon dollar həcmində hərbi texnika tədarükünə dair elan etdiyi tenderdə müvafiq tələblərə uyğun gəldikləri üçün iştirak etsələr də, bilmədikləri səbəblərdən tenderə xitam verilib.

Bununla bağlı apelyasiya komissiyasına, hüquqşünasa etdikləri müraciətlərdən sonra xidməti vəzifələrə səhlənkar münasibətlə bağlı maddəyə əsasən cinayət işinin başlandığını deyən Rusiya şirkətinin nümayəndəsi sözügedən tenderin aqibətini aydınlaşdırmaq üçün Ermənistanın Rusiyada hərbi attaşesinə də müraciət etdiklərini, son bir neçə ildir Ermənistana silah, sursat, optik vasitələr ixrac etdiklərini, indi isə müəmmalı səbəbdən “qara siyahı”ya düşdüklərini vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Tender   İflas  


Bizi "telegram"da izləyin