DSX-nin Yevlaxdakı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib - FOTOLAR

2019/08/photo-6267271412.jpg
Oxunub: 780     14:47     26 Avqust 2019    
Avqustun 24-də Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra mərasim açıq elan edilib.

Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin Komandanı general-leytenant Ehram Hacıyev Dövlət Sərhəd Xidmətinin rəisi gеnеral-polkovnik Еlçin Quliyеvin təbrikini şəxsi heyətə çatdırıb, gənc əsgərlərin dövlət sərhədlərinin etibarlı mühafizəsini şərəflə yerinə yetirəcəklərinə əminliyi ifadə edib, Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərini, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasını xüsusi qeyd edib.

Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsi tapşırığının müvəffəqiyyətlə yerinə yetirilməsi, səngərdə və sərhəddə sərhədçilərimiz tərəfindən qürurla xidmət aparılması xüsusi vurğulayıb.

Çıxış edən valideynlər yaradılmış şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Andiçmə mərasimi başa çatdıqdan sonra valideynlərlə görüş keçirilmiş, onları maraqlandıran suallar cavablandırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DSX   Yevlax   Andiçmə  

DSX-nin Yevlaxdakı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib - FOTOLAR

2019/08/photo-6267271412.jpg
Oxunub: 781     14:47     26 Avqust 2019    