“Azərbaycan tərəfi irəliləməyə nail olub” – Hovhannisyan

2019/07/photo-3126872264.jpg
Oxunub: 3608     11:22     24 Avqust 2019    
“Məqsəd daha da yaxınlaşaraq, sərhəd zirvəsində mövqelər yerləşdirmək olub. Realda əvvəlki mövqelərə nisbətən 300-400 metr irəliləməyə nail olublar”

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Orbeli” analitik mərkəzinin Azərbaycan məsələləri üzrə eksperti Taron Hovhannisyan deyib.

Onun sözlərinə görə, 2018-ci ildə cəbhədə Azərbaycan ordusunu Dövlət Sərhəd Xidməti əvəz etdikdən sonra geniş miqyaslı mühəndis işləri həyata keçirilib.

“Bu işlər köhnə dayaq məntəqələri və dayaq yollarının təkmilləşdirilməsi ilə müşayiət olunub. Artıq yaz aylarında Azərbaycan tərəfi Tavuş vilayətinin şimal istiqamətində Ermənistan-Gürcüstan-Azərbaycan sərhəddi sahəsində mövqelərini irəli çəkməyə cəhd edib. Mövqelərin irəli çəkilməsinə cəhd edilən ərazilərin neytral sahəsi nisbətən geniş olub. Babakər dağının zirvələrindən birində əvvəl də Azərbaycan ordusunun mövqeləri olub. Bəzi yerlərdə mövqeləri nisbətən irəli çəkməyə də cəhdlər baş verib. Məqsəd daha da yaxınlaşaraq, sərhəd zirvəsində mövqelər yerləşdirmək olub. Realda əvvəlki mövqelərə nisbətən 300-400 metr irəliləməyə nail olublar”, - deyə Hovhannisyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DSX   Qazax  

“Azərbaycan tərəfi irəliləməyə nail olub” – Hovhannisyan

2019/07/photo-3126872264.jpg
Oxunub: 3609     11:22     24 Avqust 2019    