Ordu.az xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Almaniyanın BMT-dəki daimi nümayəndəsi bildirib.
O, Berlin rəhbərliyinin nüvə müqaviləsinə sadiq olduğunu vurğulayıb.
Alman diplomat ölkəsinin nüvə razılaşmasına möhkəm bir şəkildə bağlı olduğunu, İranın bu razılaşma çərçivəsində ən möhkəm nüvə yoxlaması altında olduğunu, bu yoxlamanı AEBA-nın etdiyini qeyd edib.
Diplomat, həmçinin nüvə sazişinin İranın nüvə silahından təmizlənmiş olmasından əmin olmaq üçün ən qiymətli zəmanət olduğunu, razılaşmanın başqa heç bir alternativi olmadığını əlavə edib.
Sevinc Əliyeva
Ordu.az