Rusiyalı ekspert: “Qarabağ münaqişəsi beynəlxalq format almış münaqişəyə çevrilib”

2019/04/maxre-1554105156.jpg
Oxunub: 673     14:33     21 Avqust 2019    
“Danışıqlar mövzusu olmadan, 5 saat danışıqlar aparılması qeyri-mümkündür. Söhbət ciddi danışıqlardan, bəlkə də gizlədilən texniki məsələlərdən gedir. Yaxşı, Azərbaycan gizlədir və öz mövqeyinə sahibdir, lakin inqilabçı Paşinyan, oliqarx Sarkisyana nisbətən özünü daha pis aparır. Belə olan halda sən nə inqilabçısan?!”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Yaxın Şərq və Qafqaz ölkələri üzrə ekspert, “Regnum” agentliyinin şərq şöbəsinin Baş redaktoru Stanislav Tarasov avqust ayının 5-də Xankəndindəki mitinq zamanı Baş naziri Nikol Paşinyanın verdiyi bəyanatlar, o cümlədən 30 il bundan əvvəl səsləndirilən “Birləşmə” şüarı və digər məqamlarla bağlı məsələlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu, Paşinyan tərəfindən atılan kobud təxribatdır və indiki məqamda Azərbaycan tərəfindən səsləndiriləcək bütün ittihamlar və əks bəyanatlar tam yerindədir.

“Onun birləşdirməyə hazırlaşdığı hansı Qarabağdan, hansı birləşmədən söhbət getdiyinə dair sual yaranır. 1991-ci ildə mövcud olan sərhədlər daxilində, yoxsa Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında olan ətraf rayonlarla birgə... Necə hansı həcmdə birləşmədən söhbət gedir? Əgər 1991-ci ildəki hüquqi sənəd üzərindəki vəziyyətə görə birləşmə baş verirsə, o zaman Paşinyan ətraf rayonları qaytarmalıdır. Bununla da Azərbayacana qarşı “Biz, Sizə 7 rayonu qaytarırıq, Siz Birləşməni tanıyırsız”, deyə tələb irəli sürmüş olur.

Paşinyan, son zamanlar “Azadlıq” radiostansiyasına verdiyi müsahibəsində qeyd edib ki, Azərbaycan-Ermənistan-Qarabağ mövqelərini nəzərə almaqla münaqişənin nizamlanmasından danışan ilk Ermənistan rəhbəridir. Yaxşı, mənə Ermənistanın mövqeyi anlaşılandır, Qarabağın (qondarma qurum-red.) mövqeyində suverenlikdən bəhs olunur, bəyan edilib, bəs Azərbaycan ərazi bütövlüyünün qorunub saxlanması, Dağlıq Qarbağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həllindən danışırsa, Azərbaycanın marağı, mövqeyi nədən ibarətdir? Biz, öz gündəliyi olan Minsk qrupu prosesində Ermənistanın da iştirak etdiyini, danışıqlar prosesinin olduğu, “Madrid prinsipləri”nin varlığı və bu cür davam edən prosesləri bilirik. Paşinyan, Minsk qrupundan çıxması barədə bəyan etsəydi daha məntiqli olardı. Əgər o, bu qərarı parlamentlə müzakirə etsəydi, Qarabağın hansı sərhədlər daxilində Ermənistana birləşdiyini müəyyən etsəydi, daha məntiqli olardı. Yalnız bundan sonra hər hansı addım atsaydı, bu məntiqə uyğun olardı. Lakin, Paşinyan Qarabağın (qondarma qurum-red.) müstəqilliyini tanımır, nə də “Birləşmə” şüarına uyğun siyasət yürütmür. Eyni zamanda o, bəyan edir ki, Qarabağ əhalisi onu seçməyib və Qarabağ (qondarma qurum-red.) suveren fəaliyyət göstərməlidir”, - deyə Tarasov bildirib.

O qeyd edib ki, əgər səni Qarabağ əhalisi seçməyib, sadəcə mitinqdə iştirak etməyə qonaq kimi dəvət edibsə, sən prosedur qaydalarına əməl etməli, Qarabağ əhalisini bu tədbir təşkil etdiyinə və keçirdiyinə görə təbrik etməlisən, bu şüarları Xankəndində yox, İrəvanda səsləndirməlisən.

“Ümumiyyətlə bu şüarın siyasi proseslərə yox, daxili maraqlara hesablandığı barədə düşünənlər var. O, həmçinin inqilabın ümumermənişilik naminə baş tutduğunu da qeyd edir. Paşinyan öncə Ermənistanda inilab etdi, daha sonra bəyan etdi ki, Qarabağda da inqilab baş verməlidir. Paşinyan bununla Qarabağda (qondarma qurum-red.) siyasi rejimin qeyri-legitim olmasına işarə edib. Belə olan halda sual yaranır, əgər Paşinyan Xankəndi və İrəvanı ayrıca nəzərdən keçirirsə, o halda Qarabağın daxili işlərinə müdaxilə etməyə ixtiyarı yoxdur. Heç olmasa müdaxilə etmədiyini göstərməlidir, lakin o, inqilabın Qarabağ və diaspora üçün olduğunu bəyan edir. Nədir, bəyəm Paşinyan Rusiyadakı erməni icması rayonlarında da inqilab həyata keçirmək istəyir? Paşinyanın hazırda kobud təxribatla, kobud şəkildə Qarabağın daxili işlərinə müdaxilə etməklə məşğul olduğu aydındır. O, bununla da özü zəif olmaqla, Azərbaycanın xeyrinə Qarabağı da zəiflədir. Bakının reaksiyalarını izləmək lazımdır. İstənilən halda Azərbaycanın münasibəti səssizlikdir. Bakı, Qarabağdakı indiki rejimin mövqelərinin zəifləməsində maraqlıdır. Niyə, ona görə ki, erməni siyasi meydanındakı bütün güclü siyasi xadimlər Qarabağdan, bütün demaqoqlar isə İrəvandan ortaya çıxıb”.

Tarasov, “Birləşmə”nin hansı formatda baş verəcəyində maraqlı olduğunu qeyd edib: “Bunun niyə və kim üçün edildiyi məlum deyil. Dağlı Qarabağ münaqişəsi artıq Azərbaycan və Ermənistan arasında baş verən münaqişə deyil, bu münaqişə beynəlxalq format almış münaqişəyə çevrilib. Bu münaqişə yalnız Bakı və İrəvanda yox, Rusiyada, İranda, Türkiyədə və sair ölkələrdə də izlənilir. Paşinyanın kimin gözlərinə toz üfürdüyü məlum deyil. Lakin Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında xəyanətkarlığın baş verə biləcəyini də mümkün hesab etmir. Münaqişənin həllinin Qarabağ əhalisi və Ermənistan üçün məqbul olmasını bəyan edir. Paşinyanın gizli danışıqlar apardığına əminəm. Məmmədyarovla Mnatsakanyan görüşür, qapalı müzakirələr aparır, bu görüşlərdən heç bir detallar açıqlanmayıb. İlham Əliyevlə Paşinyan bir neçə dəfə görüşüb. Kimsə nə barədə danışdıqlarından xəbərdardır? Məmməmyarovla Mnatsakanyan 4-5 saat nə müzakirə etdiklərini açıqlamalıdırlar. Danışıqlar mövzusu olmadan, 5 saat danışıqlar aparılması qeyri-mümkündür. Söhbət ciddi danışıqlardan, bəlkə də gizlədilən texniki məsələlərdən gedir. Yaxşı, Azərbaycan gizlədir və öz mövqeyinə sahibdir, lakin inqilabçı Paşinyan, oliqarx Sarkisyana nisbətən özünü daha pis aparır. Belə olan halda sən nə inqilabçısan?!”.

Tarasovun sözlərinə görə, Moskvada da Paşinyanın başqa məsələləri həll etdiyini düşünürlər və o, şüurlu şəkildə vəziyyətin kəskinləşməsinə doğru gedir.

“Paşinyan vəziyyətin kəskinləşdirilməsi ilə hansısa proseslərin qarşısını almağa çalışır. Çünki onun hakimiyyəti ağır anlar yaşayır, artıq 1 il vaxt keçməsinə baxmayaraq, heç bir nailiyyət əldə edə bilməyib. O, diasporu səfərbər etməyə çalışır. Lakin əldə edilən məlumatlara görə, ABŞ diasporu İrəvana dəstək verməyi dayandırır. Rusiyadakı erməni icması da diaspor üzrə komissarın səfərindən sonra eyni mövqedədir. Daha sonra, Paşinyan Ermənistan xüsusi xidmət orqanları dünyada ən güclü olmalıdırlar, deyə təxribatçı bəyanat verir. Problem çoxdur, Paşinyan danışır, məsuliyyətini dərk etmədiyi və daşımadığı nəsə deyir. Lakin, o, dövlət rəhbəridir, hər bir ifadəsinə görə məsuliyyət daşımalıdır. Amma Paşinyan publisist, jurnalist kimi çıxış edir”, - deyə o sözlərinə yekun vurub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   İşğal   Müharibə  

Rusiyalı ekspert: “Qarabağ münaqişəsi beynəlxalq format almış münaqişəyə çevrilib”

2019/04/maxre-1554105156.jpg
Oxunub: 674     14:33     21 Avqust 2019    