Ermənistanda MTX Müdafiə Nazirliyini ifşa etdi - Korrupsiya Faktı

2019/02/vzya_-1550911955.jpg
Oxunub: 16999     14:01     21 Avqust 2019    
Ermənistan Milli Təhlükəsizlik Xidməti təşkil olunmuş operativ-axtarış vasitələri və istintaq əməliyyatları nəticəsində Müdafiə Nazirliyinin ehtiyacları üçün satınalma prosesində xüsusilə böyük məbləğdə pulların oğurlanması hadisəsini ortaya çıxarıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan MTX-nin mətbuat xidməti məlumat yayıb.

İlkin məlumatlara görə, Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsləri təchizatçı təşkilatla cinayət razılaşmasına gələrək şişirdilmiş qiymətə təchizat müaviləsi imzalayıblar.

Müqaviləyə əsasən, həmin şirkətə məhsulun bazar dəyəri əvəzinə 21 milyon 700 min erməni dramı köçürülüb və nəticədə qeyd edilən böyük məbləğdə pul israf edilib. Baş vermiş hadisə ilə bağlı Ermənistan MTX-nin İstintaq Departamentində Cinayət Məcəlləsinin müvafiq müddəları üzrə cinayət işi açılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX   Korrupsiya   MN  


Bizi "telegram"da izləyin