Pilotun həyat yoldaşı: "Onun iki gül balası Rəşadın adını layiqincə davam etdirəcək"

2019/08/23423-1566377743.jpg
Oxunub: 844     12:54     21 Avqust 2019    
"Rəşad Atakişiyevin məğrurluğu, şücaəti bizə güvən verirdi ki, Rəşad sağ-salamat evinə, övladlarının yanına qayıdacaq. Təəssüf edirik ki, arzumuz, xəyallarımız baş tutmadı".

Ordu.az xəbər verir ki, bunu təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin dəfn mərasimindən sonra mərhumun həyat yoldaşı Könül Hüseynova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dünyasını dəyişən həyat yoldaşı mərd, gözəl və vətənpərvər bir insan olub.

"Mərd, vətənpərvər, gözəl insan idi, pak hislərlə yaşayırdı. Onun iki gül balası da Rəşadın adını layiqincə davam etdirəcək və ölkəmizə layiqli, vətənpərvər şəxs kimi yetişəcəklər", - deyə K.Hüseynova qeyd edib.

Pilotun həyat yoldaşı axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduqlarını qeyd edib: "Hava şəraiti bu günlərdə nəşin tapılmasına imkan verdi. Onlara da təşəkkür edirik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pilot   Şəhid  

Pilotun həyat yoldaşı: "Onun iki gül balası Rəşadın adını layiqincə davam etdirəcək"

2019/08/23423-1566377743.jpg
Oxunub: 845     12:54     21 Avqust 2019    