Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Nikol Paşinyanın “Qarabağ, Ermənistandır” bəyanatını şərh edərkən deyib.
Onun sözlərinə görə, bir sıra qüvvələr Qarabağı Ermənistanın ərazisi kimi təqdim etməyə çalışsa da, bu alınmayacaq, çünki Qarabağ, Azərbaycanındır.
“Bir daha təkrar edirəm, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, birincisi. Mən ümid edirəm ki, Qafqazda yeni müharibə olmayacaq”,- deyə Saakaşvili bildirib.
Alpər Mövludoğlu
Ordu.az