Qısa müddətə görülən işlər 100 ilə bərabərdir – DSX-nin Qazax istiqamətində yaratdığı şərait (VİDEO)

2019/08/567-1566367397.jpg
Oxunub: 834     10:08     21 Avqust 2019    
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti, dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması məqsədilə görülən işlər bu gün də uğurla davam etdirilir. Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətinin günün tələblərinə uyğun və qüsursuz yerinə yetirilməsi üçün ön xəttə əsgərin xidmət apardığı məntəqədə müasir standarlara cavab verən şərait yaradılıb.

Bugünədək təkcə Qazax istiqamətində 70-dən çox yeni məntəqə tikilərək şəxsi heyətin istifadəsinə verilib. Ordu.az saytı olaraq hələ məntəqələrin təməli qoyularkən Sizi möhtəşəm işlərin görüləcəyi barədə məlumatlandırmışdıq. Bu gün bu işlərin yekununu sizə təqdim edirik. Hər bir məntəqədə əsgər və zabit yataqxanası, sanitar qovşağı, 24 saat isti və soyuq su ilə təhciz edilən hamam, mətbəx, ərzaq anbarı, geyim anbarı və məntəqəni 24 saat elektrik enerjisi ilə təmin edən müasir generatorlar mövcuddur. Günün reallığına uyğun olaraq, dağlıq ərazidə xidmət aparan əsgərin sağlamlığı və intizamlı olması vacibdir. Buna görə də sərhədçi əsgərin qəbul etdiyi qida və təmizlik əsas şərtlərdəndir. Yaradılan şəraitdən əsgər istifadə edir və bunun üçün döyüş növbəsindən gəlib istirahət edən əsgərin məntəqədə yaradılan şərait haqqında fikirlərini öyrəndik.

Əsgər Sultanlı Asif: "Mən, on dörd aydır xidmət edirəm. Xidmətim ərzində on dörd ayımı qüsursuz,nöqsansız başa vurmuşam. Yaradılan şərait əlbəttə ki, çox gözəl və yüksək səviyyədədir. Yaradılan şəraitə görə mən ilk növbədə komandirlərimə təşəkkür və minnətdarlığımı bildirirəm. Düşmənlə üz-üzə olduğuma görə də şərəf və ləyaqətimlə qürur duyuram. Çox sağ olsunlar, minnətdarlığımı bildirirəm. Sərhədin mühafizəsi və müdafiəsi bizə, biz də Allaha əmanətik!".

Sərhədçilərin düşmənlə üz-üzə xidmət aparması və qarşıda sıradan sərhəd pozucusunun deyil məhz mənfur düşmənin olmasına görə döyüş məntəqələri də zəruri silahla təhciz edilib. Hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, yeni ehtiyat qüvvələrinin yaradılması, dövlət sərhədinin toxunulmazlığı və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən şəxsi heyətin döyüş hazırlığı da diqqət mərkəzindədir. Xidmət rəisi, general-polkovnik Elçin Quliyev mütəmadi olaraq DSX Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayır, sərhəd döyüş məntəqələrində şəxsi heyətlə görüşür, xidməti və yaşayış şəraitlərinə baxış keçirir.

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DSX   Qazax  

Qısa müddətə görülən işlər 100 ilə bərabərdir – DSX-nin Qazax istiqamətində yaratdığı şərait (VİDEO)

2019/08/567-1566367397.jpg
Oxunub: 835     10:08     21 Avqust 2019    