Son günlərdə Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan ilə dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən guya ciddi uğurlar əldə edilməsi barədə tirajlanan xəbərlər, müxtəlif “hərbi ekspertlər”in bununla əlaqədar verdikləri şərhlər dövlət sərhədindəki real vəziyyətə bələd olduğumuza, şəxsən sərhəd döyüş məntəqələrimizdə olduğumuza görə bizdə yalnız gülüş doğurur.
Ordu.az-ın məlumatına görə, son aylarda Ermənistan ilə dövlət sərhədində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının bölmələri tərəfindən müdafiə sisteminin təkmilləşdirilməsi, geniş miqyaslı mühəndis işləri nəticəsində bir sıra strateji əhəmiyyətli istiqamətlərdə döyüş mövqelərinin irəli çəkilməsi və bununla da min hektarlarla ərazilərin nəzarət altına götürülməsi, düşmən postlarına və onlara hərəkət yollarına, o cümlədən Gürcüstandan Ermənistana gedən qaz kəmərinə nəzarət imkanlarımızın əhəmiyyətli dərəcədə genişləndirilməsi ilə əlaqədardır.
Bu baxımdan Azərbaycan ilə dövlət sərhədində real vəziyyəti Ermənistan ictimaiyyətindən gizlətmək məqsədi güdən bu cür məlumatların yayılması Ermənistan tərəfinin döyüş meydanındakı uğursuzluqlarını informasiya məkanına dezinformasiya ötürməklə pərdələmək cəhdindən başqa bir şey deyil.
Düşmənin bu barədə məlumat verməsi DSX-nin rəsmi bəyanatından sonraya təsadüf etməsi onların öz məğlubiyyətlərini gizlətmək istəklərini bir daha sübuta yetirir.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
DSX
Sərhəd-Qoşunları