Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb - VİDEO

2019/08/maxre-1566216080.jpg
Oxunub: 8062     15:10     19 Avqust 2019    
“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən növbəti komanda-qərargah təlimi başlayıb.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, təlim çərçivəsində "Həyəcan" siqnalı ilə cəmləşmə rayonlarına çıxarılan qoşunların idarə olunması praktiki həyata keçirilir.

Ərazidə əməliyyatların qərargahlar tərəfindən planlaşdırılmasından sonra qəbul edilmiş qərarlar Simulyasiya mərkəzində kompüterlər üzərində icra ediləcək. Təlim avqustun 24-dək davam edəcək.



Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Naxçıvan   Ordu  


Bizi "telegram"da izləyin