Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “Kaliforniya kuryer” qəzetinin Baş redaktoru Harut Sasunyan Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-a gözlənilən səfərini şərh edərkən deyib.

Paşinyanın sentyabrın 22-də Los-Anceles şəhərində erməniləri mitinqə dəvət etməsi və yerli erməni icmanın gözləntilərini şərh edən Sasunyanın sözlərinə görə, mitinq zamanı Paşinyanın sonuncu dəfə Xankəndində verdiyi bəyanat müzakirə ediləcək.
“Ümumiyyətlə bütün icmanın adından danışmaq olmaz, çünki icmanın bir hissəsi erməni məsələlərinə müdaxilə etmir və qarışmır. Çünki onların böyük bir hissəsi Ermənistanda olmayıb və Ermənistanda baş verənlərə qarışmır, sadəcə öz həyatlarını yaşayırlar”, - deyə Sasunyan bildirib.
Paşinyanın bu səfərinin Ermənistana sərmayə axını baxımından nə dərəcədə səmərəli olacağına dair münasibət bildirən qəzetin Baş redaktoru qeyd edib ki, sərmayə qoymaq o qədər də rahat iş deyil.
“Əslində hökumətin 2050-ci ilə dair plan proqramı olub-olmadığı maraqlıdır. Ümumiyyətlə yol xəritəsinin olduğunu eşitməmişəm və yol xəritəsi olmadan 3 milyondan 5 milyona çatmaq mümkünsüzdür”, - deyə erməni Baş redaktor sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az