“Əmrlər gəldikdə, Ermənistandan gəlir” - Erməni kəşfiyyat rəisi (DETALLAR)

2019/08/image-1566202937.jpg
Oxunub: 1155     16:20     19 Avqust 2019    
2008-ci ilin martın 1-də baş verən cinayətlə əlaqədar qondarma qurumun “hərbi birləşmə komandiri”nin müavini, general-mayor Samvel Karapetyanın (Oqanovski) ifadəsi və xüsusilə BBC-nin məlum dərcindən sonra çoxları onun kimliyi, “1 Mart” hadisəsindəki rolu, Qarabağdan neçə nəfər gəlməsi, o cümlədən snayperlərin sayı, onların “1 Mart” tarixindən öncə gəlib İrəvanda yerləşməsi, hansı bölmələrdə komandirlərin kim olması, əmr verənlərin kim olması, onların kimin əmrinə tabe olması, harada yaşaması, necə qidalanması, onlara gigiyena ləvazimatları və ərzaq tədarükünün kimlər tərəfindən həyata keçirilməsi ilə maraqlanmağa başlayıblar.

İlk vaxtlarda işğal altında olan Qarabağdan 300, daha sonra 400 hərbi qulluqçu gəlib. Oqanovski bildirir ki, o, birbaşa komandiri Movses Hakopyanın əmri ilə 22 fevral tarixində birlikdə Robert Köçəryanın müşavirəsində iştirak etmək üçün İrəvana gəlib. Müşavirə bitdikdən sonra “hərbi birləşmə komandiri” ona deyib ki, sən İrəvanda qalırsan, onlar isə qoşunu İrəvana göndərmək üçün Qarabağa gedirlər. Bu qoşun müxtəlif bölmələrdən olan yığma tabor olmalı idi. Oqanovskinin ifadəsində qeyd edilir ki, qarabağlılar İrəvana öz silahları, təchizatları, döyüş mərmiləri ilə gəliblər. Lakin İrəvanda qondarma qurumun “hərbi birləşməsi”nin avtomobillərinin fərqlənmə nişanları və şəxsi heyətin geyimlərinin fərqlənmə nişanları dəyişdirilib.

“Niyə bu cür hərəkətə əl atılıb?”, deyə verilən suala Karapetyan cavabında bildirir ki, “əlavə gərginlik yaranmaması üçün Qarabağdan gələn qoşunların görünməməsi üçün tapşırıq qoyulub”. İfadənin ən maraqlı məqamlarından biri müstəntiqin verdiyi sualdır. Həmin sualda Oqanovskidən soruşulur ki, 400 nəfərin içərisindən daha hazırlıqlı və psixoloji cəhətdən möhkəm 60 nəfərin seçilməsi, onlara ehtimal olunan hərbi əməliyyatların məqsədi izah edilərkən, o cümlədən zərurət olduğu halda nümayişçilərə atəş ediləcəyi deyilib? Belə olan halda bu əməliyyatlara 20 nəfər razılıq verib və onlara “hakim” ləqəbli Aram Sarkisyanın rəhbərlik edib. Onların arasında “kandaz”, “Tsul Nverik” və digər ləqəbli şəxslərin rəhbərliyi ilə 4 kiçik qrupların yaradıldığı və şəhərin mərkəzində nümayişçilərə atəş açıldığı deyilir. Əlbəttə, Karapetyan bunu qəti şəkildə inkar edərək vurğulayıb ki, xalqın üzərinə atəş edilməsinə heç kim əmr verməyib. Erməni KİV-i, Oqanovskinin öz ifadəsində qeyd etdiyi ləqəbli hərbçilərlə maraqlanaraq, onların istintaq orqanına dindirilmələri üçün çağırılıb-çağırılmadıqları ilə maraqlanıb.

Mövzu ilə bağlı işğal altında olan Ağdərədəki diviziyanın kəşfiyyat rəisi Kandaz Artur Avenesyanla söhbət aparılıb. Bu şəxs də xüsusi istintaq xidmətinə çağırılaraq ifadə verib. O bildirib ki, “çağırıblar, necə lazımdır doğru olanı demişəm. Danışaraq gəlib, təşəkkür etmişəm ki ....”.

O, özü tərəfindən atəş açılmasını absurt hesab edir. Yeri gəlmişkən o, suallara əsasən “bəli” və ya “xeyr” deyə, cavab verib.

Ordu.az açıqlamanı olduğu kimi təqdim edir:

- O 300 nəfərdən əvvəl 60, sonra 20 nəfərlik heyət təşkil edilmişdi, ya yox?

- Xeyr.

- Siz Aram Sarkisyanın qrupunda “Tsul Nver” və digərləri ilə birlikdə olmusunuz?

- Aram Sarkisyan kimdir?

- İbtidai istintaqa görə, mərkəzdə insanların üzərinə atəş edilməsinə əmr alan qrupun “hakim” ləqəbli rəhbəri.

- Onu mən ümumiyyətlə tanımıram.

- İrəvana gəlmisiniz?

- İrəvana gəlib, hökumət binasında olub, binanın mühafizəsini həyata keçirdik. Vəssalam, bizim tapşırıq bu olub.

- Hərbçisiniz, niyə gizli rejimdə yaşayırsınız, niyə fərqlənmə nişanlarınız qopardılıb deyə, sizdə sual yaranmayıb?

- Mən heç bir fərqlənmə nişanını dəyişməmişəm. Kimin dəyişib-dəyişmədiyi məni maraqlandırmır. Mən sadəcə əmr alıb gəldim. Sadəcə mühafizə həyata keçirdim. Bizə başqa heç bir tapşırıq verməyiblər.

- Sizə lazım gəldikdə atəş etməlisiniz, deməyiblər?

- Hansı axmaq öz xalqına atəş edər?

- Lakin hansısa insanlar atəş ediblər, elə deyilmi?

- Əgər hansısa fırıldaqçılar atəş ediblərsə, hökumət binasını mühafizə edənləri yox, həmin insanları axtarmaq lazımdır.

- Bəs sizdə sual yaranmırdı ki, bəyəm Ermənistanda polis yaxud hərbçi yoxdur ki, hökumət binasının mühafizəsini, xüsusən də həmin dövrdə cəbhədə vəziyyətin gərginləşdiyi bir məqamda Qarabağdan niyə gəlirdiniz?

- Siz hərbçi olmamısınız, hərbçinin vəzifəsi ondan ibarətdir ki, rəisin verdiyi istənilən əmri icra etsin. Əgər bizə əmr ediblərsə...

- Nürnberq məhkəməsi vaxtı da deyirdilər ki, əmr icra ediblər, lakin əmrin icra edilməsi məsuliyyətdən azad etmir. Bu o demək deyil ki, rəisin hər bir əmrini icra etmək lazımdır.

- Əgər türk gəlib sənin evinə girirsə, deyirlər, get öl, lakin vətəni qoru. Sən yerinə yetirməyə məcbursan, elə deyilmi?

- İndi Ermənistanın türk və vətəni qorumaqla nə əlaqəsi var?

- Mən nümunə deyirəm, hərbçi üçün kimin əmr verməsinin nə fərqi var... Kim ki bu əmri verib, bu insanları bura gətirib, gedin ondan soruşun.

- Bəs snayperlər gələrkən demirdiniz, niyə gəlirlər?

- Mən snayperlər görmədim, mən yalnız uşaqlarla binanı qorumağa gəldim.

- Sizin birbaşa əmrinizi kim verib?

- Odur, əmri verən kim olduğunu ifadəsində yazıb.

- Samvel Karapetyandır?

- Yox, taborun komandiri özü olub, lakin əmri hərbi birləşmə komandiri verib.

- Ermənistan Müdafiə Nazirliyindən, yoxsa Qarabağdan?

- Əmrlər gəldikdə, Ermənistandan gəlir.

- Bəs prosesin gedişatında doğrudanmı, biz hökumət binasını müdafiə edirik deyə, ortaya sual çıxmırdı?

- Biz hökumət binasını qoruduq.

- İndiyədək hökumət binası qoruduğunuza əminsiniz?

- Bəli, xudahafiz, sizə uğurlu xidmət.

- İndi siz, yenə də ordudasınız?

- Xeyr, təqaüdə çıxmışam, indi xalqa suvarma suyu tədarük edirəm.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“Əmrlər gəldikdə, Ermənistandan gəlir” - Erməni kəşfiyyat rəisi (DETALLAR)

2019/08/image-1566202937.jpg
Oxunub: 1156     16:20     19 Avqust 2019    