Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə qondarma qurumun “fövqəladə hallar xidməti” məlumat yayıb.
Hadisə yerində məlum olub ki, Ağdərə sakini, sürücü 1976-cı il təvəllüdlü Qaqik Bazunts avtoqəza nəticəsində ölüb.
Ağdərə sakinləri Ruslan Bazunts (1977), Qaqaik Qriqoryan (1979), İrəvan şəhər sakini Artaşes Avakayan (1987) və Rusiya Fedarasiyasının vətəndaşı Erik Bazunts (1980) müxtəlif bədən xəsarətləri ilə Ağdərədəki hərbi hospitala və “Ağdərə Regional Tibb Müəssisəsi” QSC-yə təxliyyə ediliblər.
Ruslan Bazunts ilk tibbi yardımdan sonra hospitaldan xaric edilib. Qriqoryan, Avakayan və Erik Bazuntsun vəziyyəti orta ağır olaraq qiymətləndirilib.
Xilasetmə dəstəsi qəza nəticəsində ölən sürücü Qaqik Bazuntsun meyitini dərədən çıxarıb.
Alpər Mövludoğlu
Ordu.az