“ABŞ-ın Gürcüstandakı səfirliyində keçirilən görüşdə fəaliyyətini başa vurmuş sabiq hərbi attaşe Cefri Hartsmana ölkə Prezidenti adından “Şərəf” medalı və xatirə hədiyyəsi təqdim olunub”.
Ordu.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın Tbilisidəki yeni hərbi attaşesi, polkovnik Stefani Beqli ilə keçirdiyi görüşdən sonra Gürcüstanın Müdafiə naziri Levan İzoriya deyib.
Onun sözlərinə görə, yaxın illərdə rəhbərlik etdiyi nazirlik amerikalı həmkarları ilə əməkdaşlığı daha da gücləndirəcək və bu, ölkənin müdafiə qabiliyyətinin möhkəmlənməsinə kömək edəcək.
“ABŞ-ın Gürcüstandakı səfirliyində keçirilən görüşdə fəaliyyətini başa vurmuş sabiq hərbi attaşe Cefri Hartsmana ölkə Prezidenti adından “Şərəf” medalı və xatirə hədiyyəsi təqdim olunub. Hazırda 2018-2020-ci illər üçün ABŞ hərbi mütəxəssislərinin 9 gürcü batalyonunun təlimi proqramı həyata keçirilir. Bundan başqa, Pentaqon bu ölkəyə “Javelin” tankəleyhinə sistemlər və M-240 pulemyotları da satır. Gürcüstan yaxın vaxtlarda ABŞ-dan “Stinger” zenit-raket kompleksi də alacaq”, - deyə İzoriya bildirib.
Sevinc Əliyeva
Ordu.az