Qarabağda erməni polkovnik Xankəndinin “rəhbəri” olmaq arzusundadır - FOTO

2019/08/45645-1566026716.jpg
Oxunub: 1119     11:30     17 Avqust 2019    
İşğal altında olan Qarabağda sentyabrın 8-də keçiriləcək “yerli idarəetmə orqanlarına seçkilərin” qanunsuz təbliğat kompaniyasına start verilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla 228 kənd icma və Xankəndində “yerli idarəetmə orqanları”na yeni oyuncaq “rəhbərlər” seçiləcək.

Məlumata görə, işğal altında olan Qarabağda sentyabrın 8-də 228 icma və Xankəndində “yerli idarəetmə orqanları”na keçiriləcək qanunsuz seçkilərdə “icma rəhbərliyi”nə 415 və “Ağsaqqallar Şurası”na isə 2573 nəfər namizədliyini irəli sürüb.

Xankəndi “şəhər rəhbərliyi”nə 5 namizəd var. Bunlar “müstəqil namizədlər” Davit Sarkisyan, Armen Hakobyan, Arek Avaqyan və Qriqori Sahakyan, o cümlədən “Şəxsiyyət və birlik partiyası”nın namizədi Arayik Avanesyandır.

Yeri gəlmişkən, start götürən qanunsuz seçkilərdə Qriqori Sahakayan hərbçi (1975-ci il təvəllüdlü, Sumqayıtda doğulan Sahakyan müxtəlif vəzifələrdə xidmət edib. 2010-cu ildən etibarən isə artilleriya briqadasının komandiri olub), Davit Sarkisyan isə “iş adamı”dır. Sarkisyan “idarəetmə sistemi”ndə heç vaxt təmsil olunmasa da, onun kriminal dairələrlə geniş əlaqələrə malik olduğu bildirilir.

Digər “namizəd” polkovnik Qriqori Sahakayan isə hərbi keçmişi ilə məşhurdur. Haykazov briqadasının komandiri Qriqori Sahakyan aprel döyüşləri ərəfəsində Əsgəran (Ağdam) istiqamətində təxribatçı fəaliyyətləri ilə seçilib. Və o, 27 illik hərbi fəaliyyətini tərk edərək, siyasi meydana qoşulub. Məhz polkovnik Sahakayanın 55 min sakini olan Xankəndinin “rəhbəri” olması ehtimalının yüksək olduğu deyilir.

Hələlik digər siyasi qüvvələr səssizliyə əməl etsələr də, Daşnaksütun polkovnik Sahakyana dəstək verəcəyini açıqlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Təxribat  

Qarabağda erməni polkovnik Xankəndinin “rəhbəri” olmaq arzusundadır - FOTO

2019/08/45645-1566026716.jpg
Oxunub: 1120     11:30     17 Avqust 2019    