Ordu.az-ın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, dünəndən etibarən işğal altında olan Ağdam rayonunun Uzundərə adlanan ərazisinə yedəklənən və özüyeriyən artilleriya silahları, o cümlədən şəxsi heyətin cəlb edildiyi müşahidə olunub.
İlkin ehtimala görə, təlimlərə, həmçinin qoşunların təmas xəttində - Ağdam rayon istiqamətində yerləşən IV əlahiddə atıcı alayın və Tərtər rayonu istiqamətində yerləşən V dağatıcı alayın artilleriya divizionları da cəlb ediləcək.
Elgün Gəncimsoy
Ordu.az