“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” adlı sənədli filmin təqdimatı baş tutub - FOTOLAR

2019/08/photo-1565950143.jpg
Oxunub: 5026     14:10     16 Avqust 2019    
Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş bayram tədbirləri davam etməkdədir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Ordu.az-a verilən məlumata görə, Azərbaycan xalq artisti, Azərbaycan kino sənətinin canlı əfsanəsi kino­rejis­sor Eldar Quliyev “Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” adlı sənədli filmini Azərbaycan sərhədçilərinin bir əsrlik tarixinə həsr edib.


2019-cu ilin 15 avqust tarixində Dövlət Sərhəd Xidmətinin aparatında bu sənədli filmin təqdimatı keçirilib.

Zamanında Dahi Öndər Heydər Əliyevin, hazırda isə Azərbaycan Respub­likasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dövlət sərhədlərinin etibarlı mühafizəsində əldə olunmuş xidməti nailiyyətlərdən, Azərbaycan sərhədçilərinin gündəlik fəda­kar xidmətindən bəhs edən sənədli film böyük maraqla izlənilib.


Filmə baxışdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Eldar Quliyevi “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019) yubiley medalı ilə təltif edib, filmin yaradıcı heyətinə minnətdarlığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   100-İL  


Bizi "telegram"da izləyin