Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Əldə edilmiş ilkin məlumatlara əsasən, Ermənistan vətəndaşı hərbi komissarlığın və mərkəzi hərbi tibb komissiyasının fəaliyyətinin incəliklərinə bələd olaraq və həkimlər arasında öz əlaqələrindən faydalanmaqla tibb müəssisəsinin əməkdaşı ilə öncədən əldə etdiyi razılaşma əsasında 2019-cu ilin yay çağırışı ərzində çağırışçıların hərbi xidmətdən yayınmasını təşkil edib.
O, 2019-cu ilin yay çağırışı ərzində 3000-8000 ABŞ dolları həcmində rüşvət müqabilində hərbi xidmətlə uyğun gəlməyən sağlamlıq problemlərinin olmasına dair saxta diaqnozlar əsasında 5 çağırışçının məcburi hərbi xidmətdən azad edilməsi və ya möhlət verilməsi işini təşkil edib.
Cinayət əməli ilə əlaqədar Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq departamentində CM-nin müvafiq maddələri üzrə cinayət işi açılıb. İlkin istintaq aparılır, 2 şəxsə qarşı ittiham irəli sürülüb.
Alpər Mövludoğlu
Ordu.az