Ermənistanda aprel döyüşlərinə görə qalmaqallar səngimir – Xaçaturovun vəkili etiraz etdi

2018/11/45645-1541663364.jpg
Oxunub: 623     16:38     15 Avqust 2019    
KTMT-nin sabiq Baş katibi Yuri Xaçaturovun maraqlarını bundan sonra mülki işlər istintaqını aparan məhkəmədə vəkil Anahit Sarkisyan müdafiə edəcək. O, vəkil Qriqor Bekmezyanı əvəz edib. Bekmezyan Ermənistan parlamenti tərəfindən yüksək məhkəmə şurasının üzvü seçilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məhkəmə iclasında vəkil Anahit Sarkisyan bəyan edib.

Xatırladaq ki, bir neçə ay öncə KTMT-nin sabiq Baş katibi, 2016-cı ildə aprel döyüşləri dönəmində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olan Yuri Xaçaturov İrəvan məhkəməsinə “Qlobalaşdırma və bölgə əməkdaşlığı” analitik mərkəzinin rəhbəri Stepan Qriqoryana qarşı şərəf və ləyaqətinin, işgüzar nüfuzunun qorunması məqəsdilə iddia ilə müraciət edib.

Xaçaturovun nümayəndəsi bildirib ki, Stepan Qriqoryanın açıqlamaları dinləyicidə deyilənlərin Xaçaturova aid olması və ümumi xarakter daşımadığı təəssüratını yaradır. O, Xaçaturovun Ermənistan ordusunun formalaşmasındakı rolunu yüksək qiymətləndirildiyini vurğulayıb. Aprel döyüşlərində 10-15 dəqiqədən sonra müvafiq əraziyə getdiyi və verilən məlumatlara görə, 20 gün bunkerdən çölə çıxmadığını ifadə edib və hər hansı söz azadlığının belə bir insanı təhqir etməyə əsas ola bilməyəcəyini diqqətə çatdırıb. Vəkil bunu tənqid yox, bir insanı xəyanətdə ittiham etmək olduğunu hesab etdiyini deyib.

Stepan Qriqoryanın nümayəndəsi Haykuhi Harutyunyan isə Qriqoryanın açıqlamalarının tənqid çərçivəsində edildiyini iddia edib. O, həmçinin məhkəməyə bildirib ki, “Xaçaturovun aprel döyüşlərində fəaliyyəti də araşdırma mövzusu olacaqmı?” deyə parlamentin aprel döyüşlərini araşdıran İstintaq Komissiyasının sədri Andranik Köçəryana yazılı müraciət göndərib.

Vəkil iddia edib ki, Qriqoryanın açıqlamaları konkret bir şəxsə ünvanlanmayıb.

Xatırladaq ki, Stepan Qriqoryan bəyan edib ki, 2016-cı ildə aprel döyüşlərində bəzi generallar öz yerlərində olmayıb və ərazilər sözügedən generallar, o cümlədən Yuri Xaçaturov tərəfindən satılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Xaçaturov   KTMT   Aprel-döyüşləri  

Ermənistanda aprel döyüşlərinə görə qalmaqallar səngimir – Xaçaturovun vəkili etiraz etdi

2018/11/45645-1541663364.jpg
Oxunub: 624     16:38     15 Avqust 2019    