Oqanovski öz “dərisini” Köçəryana “soba” verməklə qurtarır

2019/08/00-33-1565780040.jpg
Oxunub: 610     15:45     20 Avqust 2019    
Ötən günlərdə BBC-nin rus xidməti “2008-ci ildə İrəvanda nümayişçilərə kim atəş edib, istintaq Qarabağdan olan dəstəyə işarə edir” başlıqlı məqalə yayıb.

İstintaq materialları ilə tanış olmağa eksklüziv imkan əldə edən mətbuat orqanı qeyd edir ki, istintaqın rəyinə görə, 2008-ci ilin mart ayının 1-də nümayişçilər istiqamətinə atəş açma əməliyyatlarına qanunsuz “hərbi birləşmə”nin komandir müavini Oqanovski ləqəbi ilə tanınan, general-mayor Samvel Karapetyan rəhbərlik edib. Cinayət əməlində Ermənistanın sabiq prezidentləri R.Köçəryan və S.Sarkisyan, o cümlədən həmin günlərdə böyük nüfuza malik iki oliqarx deputat, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan və “Respublikaçılar” fraksiyasının sabiq deputatı Samvel Aleksanyan da xüsusi rol oynayıblar.

Ordu.az xəbər verir ki, Ermənistanın “Armlur” xəbər portalı Oqanovski ləqəbli generalın dindirilmə ifadəsini yayıb.

“Azadlıq” agentliyinə verdiyi müsahibəsində general xəbər portalının yaydığı sənədin altında öz imzası olduğunu təsdiqləyib.

“Hər hansı əlavə məlumat, yaxud hansısa bir şey unutmuşam deyə, heç bir şey dəyişməyib... nə var yazılıb, imzalanıb, reallıq budur”, - deyə Karapetyan iddia edib.

Dindirmədə erməni general qeyd edir ki, 2008-ci il fevralın 23-də general-polkovnik Movses Hakobyanla birlikdə Köçəryanın keçirdiyi müşavirədə iştirak edib. Bundan 2 saat sonra bilib ki, Qarabağdakı müxtəlif bölmələrdən toplanmış tabor təşkil etməyə və İrəvana göndərməyə dair əmr var. Karapetyanın dediklərinə görə, tərkibində komandiri olduğu snayperlər də olmaqla, İrəvana 300 hərbi qulluqçu ilə gəlib.

“Ümumi olaraq toplanmış, tərkibinə zabitlər və gizirlərin daxil olduğu tabor, İrəvana ştat silahları, tam sursatla, özlərinin döyüş silahları ilə gəliblər. Qoşun adi geyimdə olub. Lakin İrəvana gəldikdən sonra geyimlərin fərqlənmə nişanlarını söküblər”, - deyə Karapetyan dindirmədəki ifadəsində bildirib.

O, həmçinin qeyd edib ki, şəxsi heyət Qarabağdakı qoşunların qeydiyyat nişanları (ՊԲ) olan avtomobillərində olub. Lakin İrəvanda nömrələr dəyişdirilərək Ermənistan Müdafiə Nazirliyinin nömrələri (ՊՆ) taxılıb. O, qanunsuz “hərbi birləşmə” komandirindən verilən əmrə görə, qoşunların İrəvan qarnizon rəisinə, hazırda 2008-ci il “1 Mart” hadisələrinə görə, ittiham edilən Yuri Xaçaturova tabe olacağını bilib. Verilən təlimatları Karapetyana əməliyyat qərargahının növbətçisi ötürüb. Lakin əməliyyat qərargahının harda yerləşməsindən xəbəri olmayıb. Onun Xaçaturovla yalnız hökumət binasında görüşdüyü deyilir.

Erməni saytı qeyd edir ki, Karapetyanın dediyi kimi qoşunlar hökumət binasının zirzəmisində qalıb və binanı daxildən mühafizə edib.

“Daha sonra Qarabağdan 400 nəfər də gətirilib və toplanış məntəqəsində yerləşdirilib. 2008-ci ilin aprel ayının ortalarınadək növbə ilə binanın nəzarətini, mühafizəsini təmin ediblər. Lakin Oqanovski (Samvel Karapetyan) “1 Mart” qətllərinin o və onun tabeliyində olanlar tərəfindən törədilməsi barədə məlumatları təkzib edib. Həmçinin əlavə edib ki, onun dəstəsi heç vaxt “Bağramyan 26”da (Prezident iqamətgahının ünvanı) yerləşdirilməyib.

“Hərbi birləşmə”nin komandir müavininin ifadələri Köçəryan üçün ciddi qeyri-qənaətbəxş vəziyyət yaradır. Hətta bu bir ifadə belə ikinci prezidentin konstitusiya quruluşunun dəyişdirilməsinə cəhd etməkdə ittiham edilərək, uzun zaman azadlıqdan mərhum edilməklə mühakimə olunmasına yetərlidir. Oqanovskinin ifadəsi Köçəryanı yalnız hüquqi cəhətdən yox, siyasi və mənəvi platformalarda da məhv edir. “Hərbi birləşmə”nin sabiq rəsmisi faktiki olaraq Silahlı Qüvvələrin siyasi proseslərə müdaxilə etməsinin birbaşa Köçəryanın əmri ilə həyata keçirildiyini sübut edir. Başqa sözlə, ölkədə cinayətkar oliqarx sistemin saxlanılması məqsədilə konstitusiya quruluşunun dağılması baş verib. Məhkəmədə ordunun “1 Mart” hadisələrinə qarışmasını birmənalı şəkildə inkar edən Köçəryan üçün bu ifadə hüquqi baxımdan əməlli-başlı problem yaradacaq. Bununla da Oqanovski öz ifadəsi ilə Köçəryanın sözünün dəyərini sıfır edir. Digər tərəfdən Qarabağ üçün ciddi narahat olan Köçəryan və Serj Sarkisyan faktiki cəbhə xəttini müdafiəsiz qoyaraq, 700 hərbi qulluqçunu Qarabağdan Ermənistana gətiriblər.

Əgər Oqanovskinin ifadəsinə yekun vuraraq, təhlil etsək belə çıxır ki, Oqanovski öz “dərisini” Köçəryana “soba” verməklə qurtarıb. İlkin araşdırma orqanı tərəfindən səmərəli iş aparıldığı halda asanlıqla “1 Mart” qətllərinə məhz Oqanovskinin rəhbərlik etdyini əsaslandırmaq olar. Onun snayperlər qrupuna rəhbərlik etməsi bu versiyanın xeyrinə xidmət edir. O, İrəvana xüsusi missiya ilə gətirilib. Ona görə ki, Köçəryan və Sarkisyan təlim keçmiş atıcıları Qarabağdan gətirməklə Ermənistandakı güc strukturlarının rəhbərlərinə güvənməyiblər”, - deyə sayt diqqətə çatdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Köçəryan   1-Mart   Oqanovski  

Oqanovski öz “dərisini” Köçəryana “soba” verməklə qurtarır

2019/08/00-33-1565780040.jpg
Oxunub: 611     15:45     20 Avqust 2019    