Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2018-ci ilin mart ayının 7-də Sünik vilayət məhkəməsi tezləşdirilmiş istintaq yolu ilə işğal altında olan Xocavəndin Böyük Tağlar kənd sakini, mayor Erik Xamperyanı 2 il müddətinə azadlıqdan mərhum edib.
Hərbi hissə komandirlərinə yaxşı hökmləri ilə tanınan hakim Davit Sarkisyan qeyd edilən cəzanı şərti verməməyə qərar verib. Ona qarşı hakimiyyət səlahiyyətlərindən fəaliyyətsizliyə görə mühakimə edilməklə 1illik sınaq müddəti təyin edilib. Hadisə, 2017-ci il sentyabr ayının 15-də, axşam saat 21:00 radələrində baş verib. Erməni Baş leytenant Taron Harutyunyan və əsgər Qaqik Hovhannisyan mübahisə etdikdən sonra bir-birlərini döyüblər. Təlim taborunun komandiri olan mayor Erik Xamperyan da baş vermiş hadisə barədə hərbi hissə komandanlığına, yaxud hüquq mühafizə orqanlarına məruzə etməyib və özünü kənara çəkib. Əsgər və komandir arasında mübahisənin yaranmasına isə söyüş ifadələri səbəb olub.
Qeyd edək ki, Madagizdəki hərbi hissədə baş verən cinayətləri əsasən hakim Davit Sarkisyan, həmin 3-cü qarnizondan olan, son zamanlar hakim təyin edilən, prokuror Boris Baxşyan idarə edir.
Məlum olub ki, ümumiyyətlə söyüş ifadələrinə səbəb Baş leytenant olub. Əsgər Hovhannisyan masada olan güzgü ilə zabitə zərbə endirərək, onun alın nahiyəsində yara əmələ gəlməsinə səbəb olub, zabit isə yumruqla əsgərə zərbə endirib. Əsgərə 4 il, zabitə isə 1 il şərti cəza verilib.
Müqayisə aparsaq ən ciddi cəzanın əsgərə qarşı tətbiq edildiyi görünür. Dekabr ayında isə amnistiya yolu ilə mayor Erik Xamperyanı cəzasından azad ediblər. Lakin iki ay sonra təlim taborunun Qərargah rəisi, mayor Erik Xamperyan və digər zabitlərin iştirakı ilə hərbi hissədə əsgərə qarşı zorakılıq qeydə alınıb. Hazırda, bu işin araşdırılması ilə məşğul olan müstəntiqlər tərəfindən baş verənləri etiraf edəcək, danışmağa cürət edəcək, şahid axtarıldığı haqqında məlumat var. Lakin hərbi hissə komandiri polkovnik Amen Gözəlyan tərəfindən susmaq haqqında təlimat verilib.
Alpər Mövludoğlu
Ordu.az