Erməni əsgər anası: "Nahar yeməyində qabda kartofu zorla tapırlar"

2019/08/nizam-1565695341.jpg
Oxunub: 752     15:58     14 Avqust 2019    
Ermənistan ordusunda qulluq edən hərbi qulluqçuların valideynləri Nikol Paşinyana müraciət edərək, orduda hələ də problemlərin mövcud olduğunu bildirirlər.

Ermənistan Baş naziri Nikol Paşinyan ölkə rəhbərliyini təhvil aldıqdan sonra mütəmadi olaraq ordunun problemləri, əsgərin ərzaq təminatı, geyim, məişət şəraiti haqqında danışır və bu problemin daim icra orqanının diqqət mərkəzində olduğunu iddia edir.

Xatırladaq ki, Paşinyan keçən il polisin kollegiya iclasının açılış mərasimindəki nitqində bildirib ki, Ermənistanda iki paralel reallıq var ki, bu reallıqlardan biri Konstitusiya və qanunlarda əksini tapan hal, digəri Konstitusiya və qanunlardan asılı olmayaraq mövcud olan vəziyyətdir.

Lakin Ermənistan ordusunda hələ də problemlər var və Paşinyanın vurğuladığı paralel reallıq möhkəm mövqedədir.

Ermənistan ordusunda övladı qulluq edən valideynlərdən biri KİV-lərə bildirib ki, tanış-qohum, rüşvət yolu ilə hələ də çoxları öz övladlarını istədikləri yerdə hərbi xidmətə yerləşdirə bilir. Bundan əlavə o vurğulayıb ki, hətta "şirinlik"lərin qiymətləri də məlumdur.

“Məsələn, gənc çağırışçını snyaper olaraq yerləşdirmək üçün 500-100 dollar rüşvət tələb edilir. Mənim övladım Hadrutda xidmət edir. Səhər yeməyindən razıdır. Lakin nahar yeməyində qabda kartofu zorla tapırlar. Soyuq suda çimirlər. Şəraitləri o qədər də yaxşı deyil. Danışırlar ki, ərzaq təminatı yaxşıdır, lakin təbliğat apardıqları qədər yaxşı deyil”, - deyə erməni hərbi qulluqçunun valideyni şikayətlənib.

Yeri gəlmişkən, Paşinyan bir neçə dəfə hərbi qulluqçuların ərzaq təminatı haqqında danışıb. O, tədricən bütün hərbi hissələrdə yeməyin keyfiyyətinin dəyişəcəyinə əmin edib.

Bu bəyanata baxmayaraq, "Facebook"da "Sərhədyanı bölgələrə yardım edək" səhifəsində də ərzaq təminatı barədə yazı yerləşdirilib. Səhifədə rəsmi məmurlardan biri, əsgərlərin iştirakı ilə zəngin süfrə ilə şəkil paylaşıb. "Facebook" istifadəçilərindən biri isə "Mən bir ildir xidmətdəyəm, belə bir şeyə rast gəlməmişəm" deyə onu ifşa edib.

Alper Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Erməni əsgər anası: "Nahar yeməyində qabda kartofu zorla tapırlar"

2019/08/nizam-1565695341.jpg
Oxunub: 753     15:58     14 Avqust 2019    