Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, döyüş mövqeyini tərk etmiş 19 yaşlı erməni hərbi qulluqçu Arayik Qazaryan Ermənistanın Vayots Dzor vilayətinin Yeğeqis icmasının sakinidir.
Erməni əsgərin qardaşı Armen Qazaryan KİV-lərə açıqlamasında, qardaşının nə üçün belə bir addım atdığını bilmədiyini qeyd edib.
"Bilmirəm, biz çaşqınlıq içərisindəyik. O, 8 ayın hərbi qulluqçusu idi, bilmirik", - deyə o ifadə edib.
Məlumatlara görə, erməni əsgərin valideynləri Qarabağa gəlib.
Alpər Mövludoğlu
Ordu.az