Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində "Akura" markalı avtomobil naməlum şəraitdə hərəkət zolağından çıxaraq təxminən 70 metr dərəyə yuvarlanıb.
Məlumatlara görə, baş vermiş hadisə nəticəsində Ağdərə şəhər sakini sürücü Mher Mkrtçyan (1971-ci il təvəllüdlü) ölüb. Sərnişin Mxitar Hakobyan (1977-ci il təvəllüdlü) isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xankəndi hərbi hospitalına yerləşdirilib.
Ermənistan Müdafiə Nazirliyi yaralının hərbi qulluqçu olub-olmaması ilə bağlı məlumat yaymayıb.
Alpər Mövludoğlu
Ordu.az