Ordu.az xəbər verir ki, bu barədə ötən gün ABŞ-ın Ermənistandakı səfirliyindən "Tert.am"ın sorğusuna cavab olaraq bildirilib.
"Birləşmiş Ştatlar "HALO Trust" təşkilatı tərəfindən Dağlıq Qarabağda minatəmizləmə işlərinin (qanunsuz-red.) həyata keçirilməsi üçün 2001-ci ildən bəri 17 milyon ABŞ dollarından çox investisiya ayırıb. Bu il üçün ayrılan, büdcə prosesinin xarakteri ilə razılaşdırılmış yardım həcmi hələ müəyyənləşdirilməyib", - deyə səfirliyin məlumatında qeyd olunub.
Alpər Mövludoğlu
Ordu.az