Ordu.az xəbər verir ki, bu barədə ABŞ-dakı "Hay Dat" Erməni Milli Komitəsi (ANCA) məlumat yayıb.
Məlumata görə, Robert Menendes, Çak Şumer, 2020-ci il prezident seçiklərinə namizəd Maykl Bennet, Kamila Haris, Bernard Sanders, Elizabet Uoren və digərləri məktubu imzalamış senatorların sırasındadırlar.
Daha öncəki məlumatda bildirilirdi ki, ABŞ Konqresinin 89 üzvü işğal altında olan ərazilərdə qanunsuz "minadan təmizlənmə proqramı"na ayrılmış ABŞ yardımını azaltmaq üçün Tramp rəhbərliyinin siyasətinə qarşı birləşib. Konqresmenlər demokrat Bred Şerman və Bicey Koksun təşəbbüsü ilə təqdim edilmiş məktubu imzalamışdılar.
Şerman və Koksun məktubunda, işğal altında olan ərazilərin qanunsuz olaraq "minadan təmizlənməsi proqramı"nın maliyyələşdirilməsinə davam etmək üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Mark Qrinə çağırış edilir.
Alpər Mövludoğlu
Ordu.az