“Artilleriya atəşinin ustaları” müsabiqəsində komandamız gecə atışları icra edib - VİDEO
Oxunub: 24076
18:20
09 Avqust 2019
“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsi davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, yarışların növbəti mərhələsində Azərbaycan Ordusunun artilleriyaçıları gecə atışları icra edib.