Paşinyan və Babayan arasında qarşıdurma kəskinləşir: “Rus mandatı”ndan imtina ediləcəkmi?

2019/08/00-20-1565266884.jpg
Oxunub: 519     21:20     08 Avqust 2019    
“Avqustun 5-də Xankəndindəki çıxışında Nikol Paşinyan qondarma qurumda “hakimiyyət”in formalaşdırılması prosesinə toxunarkən, “yeni hakimiyyət” uğrunda siyasi rəqabətin aparılacağı bir neçə əsas məqam çərçivəsini bəyan edib”.

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərində məlumat dərc olunub.

“Bunlardan biri üçüncü ölkələrin maraqlarına xidmət etməyin yolverilməz olduğunun qeyd edilməsidir. Paşinyan bu bəyanatı verərkən seçkilərdə iştirak etmək üçün müraciət edən xadimlər arasında sabiq “birləşmə komandiri” Samvel Babayanı nəzərə alıb. Babayan isə məlum olduğu kimi Qarabağ məsələsini “rus mandatı” altına alınması fikrini irəli sürüb. Bugünədək belə bir fikrin səsləndirilmədiyini demək də səhv olardı. Axı, Zori Balayanın Putinə ünvanladığı məlum məktubu var. Lakin Zori Balayanın məktubu ayrı, seçkilərdə iştirak etmə niyyəti olan şəxsin yanaşma mövqeyi başqadır”, - deyə erməni KİV-nin dərc etdiyi məqalədə bildirilir.

Məqalədə bundan başqa Qarabağda “rus mandate” xüsusiyyətləri barədə bəzi ekspertlərin də danışdığı qeyd olunur: “Onlarla Babayan arasında ümumi yanaşma varmı, bu ehtimal edilən məsələdir. Əsas olan odur ki, rəsmi İrəvan birmənalı və aydın şəkildə buna münasibətini bildirib. Rəsmi İrəvan bəyan edib ki, üçüncü ölkənin maraqlarına xidmət edilməsi İrəvanın sərt cavabı ilə rastlaşacaq. Paşinyan konkret ad çəkməsə də, bəyanatın bu hissəsinin Babayana ünvanlandığını nəzərdən keçirmək olar. Erməni hərbi birləşməsinin sabiq komandiri belə bir vəziyyətdə nə edəcək? “Rus mandatı” konsepsiyasını təkid etməkdə davam edəcək, yoxsa bundan imtina edəcək? Bu məsələdə başqa bir məqamda maraqlı ola bilər”.

Məqalədə əlavə edilir ki, Babayanın hər atdığı addımın qarşısında Paşinyanın maneələri dayanır.

“Paşinyan bununla, bəlkə də Babayana şərt qoyurdu? Babayanın səy göstərdiyi seçkilərdə iştirak etmə hüququnu əldə etmək üçün konstitusiya dəyişikliyinə getmək mümkündür, lakin bu addım bir şərtlə, əgər Babayan “rus mandatı” düşüncəsindən əl çəkərsə, atıla bilər. Yeri gəlmişkən, avqustun 5-dəki mitinqdən bir neçə saat əvvəl Babayanın ofisi tərəfdarlarının mitinqdə iştirak edəcəyi barədə açıqlama verdi.

Eyni zamanda, açıqlamada Babayana yönəlmiş qeyri-sabitlik təhlükəsi barədə ittihamlar da səsləndirilir. Bəyanatda bildirilir ki, Babayan heç vaxt qeyri-sabitliyə getməyəcək və belə bir vəziyyət yaranarsa, o, şəxsi və ya siyasi mənfəət naminə sabitliyi pozmadan uzaqlaşacaq. Babayan prosesdə iştirak etməkdən, yoxsa “Rus mandatı” ideyasından imtina edəcək? Aydındır ki, avqustun 5-də Paşinyan vəziyyəti dəyişdirdi və bununla da yeni vəziyyətə qarşı çıxmağın, özünə qarşı çıxmaq demək olduğunu göstərdi”, - deyə məqalədə diqqətə çatdırılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Paşinyan və Babayan arasında qarşıdurma kəskinləşir: “Rus mandatı”ndan imtina ediləcəkmi?

2019/08/00-20-1565266884.jpg
Oxunub: 520     21:20     08 Avqust 2019    