Azərbaycan Qarabağda film çəkilişlərinə etiraz olaraq Rusiyaya müraciət edəcək

2019/08/14307-1565260116.jpg
Oxunub: 24394     14:16     08 Avqust 2019    
Azərbaycan Mədəniyyət Nazirliyi erməni və rusiyalı kinorejissorların işğal altındakı Dağlıq Qarabağda film çəkilişlərinə etiraz olaraq Rusiya Mədəniyyət Nazirliyinə müraciət edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bildirib.

O qeyd edib ki, hazırda Mədəniyyət Nazirliyinin müraciəti hazırlanır və müraciət yaxın günlərdə Rusiya Mədəniyyət Nazirliyinə göndəriləcək.

Xatırladaq ki, erməni kinorejissor Robert Def və rusiyalı kinorejissor Rano Kubayeva işğal altındakı Dağlıq Qarabağda “Valter” adlı film çəkməyə hazırlaşırlar. Filmdə məşhur fransalı aktyor Bibi Naseri də rol alacaq. Artıq məsələ ilə bağlı Moskvanın Azərbaycan İcması Rusiyanın Mədəniyyət naziri Vladimir Medinskiyə müraciət edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Təxribat  


Bizi "telegram"da izləyin