Paşinyan Azərbaycanı müharibəyə sövq edir: "Qarabağ Ermənistandır"

2019/08/00-17-1565070052.jpg
Oxunub: 11517     09:38     06 Avqust 2019    
"Əminəm ki, sizlərdən çoxları indi sual verir: nə üçün Qarabağ haqqında heç nə deyilməyib? Cavab birdir: Qarabağ Ermənistandır, vəssalam".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Xankəndidəki mitinqdə çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan çıxışına separatizmi təşviq edən “Miatsum” (Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası – red.) şüarı ilə başlayıb.

"Bütün dünyanın qürurlu ermənilərini salamlayıram və sözlərimə 1988-ci ildə bu Dirçəliş meydanını silkələyən "Miatsum", "Miatsum" şüarı ilə başlamaq istəyirəm", - deyə o qeyd edib.

Paşinyan erməni hökuməti üçün repatriasiyanın prioritet mövzu olduğunu deyib. O, həmçinin hökumətin “meqalayihələr”indən danışıb: "Strateji hədəflərimiz və problemlərimiz var. Ermənistan 2050-ci ilə qədər bunları həll etməyə qadir olmalıdır. Ermənistan əhalisini ən azı 5 milyona çatdırmalıyıq. Bundan başqa, Ermənistan sənaye ölkəsinə çevirilməli, 10 milyard dollardan çox dəyəri olan ən azı 5 erməni texnoloji şirkətə malik olmalıdır. Əminəm ki, sizlərdən çoxları indi sual verir: nə üçün Qarabağ haqqında heç nə deyilməyib? Cavab birdir: Qarabağ Ermənistandır, vəssalam".

Qeyd edək ki, Nikol Paşinyanın bu sözləri Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunduğunun açıq etirafıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Təxribat   İşğal  


Bizi "telegram"da izləyin