Snayperlərimiz növbəti mərhələyə hazırlaşırlar - FOTOLAR (VİDEO)
Oxunub: 27726
14:30
05 Avqust 2019
“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsində iştirak edən snayperlərimiz fərdi yarışda Rusiya, Qırğızıstan, Venesuela və Şri-Lanka hərbçiləri ilə hədəfin üzərində yerləşən 2 santimetr diametri olan dairəyə 300-600 metrdən atəş açmaq üzrə bacarıqlarını sınayıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, bu gün snayperlərimiz növbəti mərhələyə hazırlıq məqsədilə sınaq atışları yerinə yetirirlər.
Hazırlıq dövründə komandalar atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə təhkim edilən silahlardan atışlar edir, mərhələnin xüsusiyyətləri, tapşırıqların yerinə yetirilmə hədləri, eləcə də ərazinin maddi-texniki bazası ilə tanış olurlar.