Müdafiə naziri Şoyqu ilə birgə ölkəmizin adət-ənənələrinə aid ekspozisiyalara baxış keçirib - VİDEO (FOTOLAR)

2019/08/91731-1564989666.jpg
Oxunub: 4909     11:11     05 Avqust 2019    
Moskvada səfərdə olan Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının iştirakçı ölkələrinin nümayiş etdirilən mədəniyyət nümunələri ilə tanış olmaq üçün Alabino poliqonundakı “Dostluq Evi”ndə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu və digər qonaqlar sərginin Azərbaycan bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri və məişətinə aid ekspozisiyalara baxış keçirib.


Müdafiə naziri eyni zamanda “Səhra mətbəxi” müsabiqəsində iştirak edən hərbçilərimizlə də görüşüb.
Məlumat verilib ki, nümayiş etdirilən ekspozisiyalar qonaqların yaxından tanış olmaları üçün yarışların sonunadək sərgilənəcək. Azərbaycan komandası da daxil olmaqla müxtəlif ölkələrin hərbi aşpazları tərəfindən hər gün yarış iştirakçılarına və qonaqlara xeyli sayda milli mətbəx nümunələri təqdim edilir.

Sərginin Azərbaycan bölməsinə gələn çoxsaylı qonaqlar Azərbaycanın hərbi aşpazlarının hazırladıqları milli yeməklərimizin də dadına baxıblar.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Zakir-Həsənov   Şoyqu  


Bizi "telegram"da izləyin