Ermənistan əclaflar istixanasına çevrilib: Paşinyanın əsas “elitar” dayağı degenerat elementlərdir

2019/08/KMO_0-1564821639.jpg
Oxunub: 29402     14:21     05 Avqust 2019    
"Hazırda Ermənistanda degenerat və murdar asılılığı olanların çiçəklənməsi təşviqinin qeyd olunması çox məşhurlaşıb. Yəni, aprel döyüşlərində ölən döyüşçülərin məzarları murdarlanırsa deməli, Ermənistanı qarşıda daha biabırçı hadislər gözləyir".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Nəşrə görə, əgər artıq vəziyyət “Yerablur” panteonunda aprel döyüşləri iştirakçılarının məzarlarının murdarlanmasına çatıbsa, bu o deməkdir ki, erməni olmayan, geni murdarlanmış elementlər Ermənistanda özlərini vəziyyətə hakim hesab edirlər.

“Çirk - ac gözlərin yeganə dayağıdır. Degenerativ element özünü o qədər yaxşı hiss edir ki, keçən ilin dövlət əleyhinə çevrilişindən sonra ardıcıl olaraq, milli dəyərləri və adətləri ən alçaq və həyasız şəkildə inkar və məsxərə edir. Yada salaq ki, Anna Hakopyan döyüşlərdə ermənilərin əbəs yerə itki verdiyini bəyan edib. Daha sonra Baş nazirin birinci müavininin mətbuat sözçüsü statusuna malik Karpis Paşoyan döyüşlərdə ölənlərin xatirəsini məsxərəyə qoyub. Bir müddət sonra Paşoyan verdiyi bəyanatı təkzib etməyə məcbur olub, lakin Sorosun müxtəlif əl altıları cəzasız şəkildə milli dəyərləri təkzib edən təbliğatı aparmağa, öldürülməkdən isə hüquq mühafizə sistemi tərəfindən etibarlı şəkildə müdafiə olunmaqda davam edirlər”, - deyə “İravunk” bildirir.

Nəşr qeyd edir ki, həmin hüquq mühafizə orqanları degenerativ bir elementin istənilən cinayət əməllərini cəzasız qoyur.

“Buna misal olaraq, polis işçilərinə və vətəndaşlara qarşı edilən qomiklərin təhqiramız hücumları, həmin polis binası içərisində LGTB-çilər tərəfindən polisin döyülməsi və s. göstərmək olar. Paşinyanın əsas elit dayağının məhz həmin degenerativ elementlərin olmasına heç bir sağlam düşüncəli insanın şübhəsi yoxdur. Lakin eyni zamanda onun ən aşağı təbəqənin ən səviyyəsiz nümayəndələri olan çirk və pisliklərlə müqayisədə kütləvi dayağı var. Nikolun söz ehtiyatı ölkə rəhbərinin söz ehtiyatına yox, məhz həmin pisliyi özününkü kimi qəbul etməsi üçün istifadə etdiyi söz ehtiyatından ibarətdir. Buna sübut olaraq, qalmaqallı yazı olsa da, “peraşki” mövzusudur.

“Bir sıra informasiya vasitələri üçün ölkədə heç bir şey dəyişməyib. Onlar qidalandıqları kimi Serj-Robert vətən talanedici qənimətlərindən istifadə etməyə davam edirlər. Burada bizə ünvanlanan külüng vurma tam yerindədir. Bunların əlində hələ o qədər pul var ki, “peraşki”dən başqa bir şey də ala bilərlər, o cümlədən jurnalist və aksiyaçıları da pulla almaqları mümkündür. Lakin biz qanunla və səmərəli insitutların olmaması ilə məhdudlaşırıq”, - deyə Paşinyan vaxtilə deyib.

Bununla da lider pisliyə, çirkli təbəqəyə demək istəyir ki, mən eyni qaydada uğur qazananlara nifrət edirəm, mən sizi kimi nankor uğursuzun biriyəm. Mənim bəxtim açılsa da, sizlərdən biriyəm.

Paşinyan öz hərəkətləri ilə bildirmək istəyir ki, ona qanunlar mane olur. Lakin qanunların kobud pozulması ilə Robert Köçəryana qarşı siyasi təqib həyata keçirə bildi, həmçinin Köçəryana qarşı qanuni davranış nümayiş etdirən hakimin üzərinə şər ataraq, nümayişkarcasına qanunu pozmaqla hakimə qarşı kobud davranış tərzi nümayiş etdirdi” ”, - deyə nəşrin məqaləsində qeyd olunub.

Paşinyan, həmçinin xalqı, seçki və nümayişlərdə iştirak etmək üçün pulla ələ almağın mümkün olduğu fırıldaqçı hesab etdiyini vurğulayıb. Bir qayda olaraq, məhz satılan adam bundan sonra da satılan hesab edilir və Paşinyan həmin pislik, çirkli təbəqəyə özünün də satıldığını, onlar kimi aşağı səviyyəli olduğunu göstərməkdədir.

Bağramyan küçəsində deputatlar tərəfindən xalça yuyulmasını və parlamentin bağını avaraxanaya çevirmək də həmin pisliyə, çirkli təbəqəyə ünvanlanmış, “biz deputat olsaq da, sizlə bərabərik”, deyə bir mesajdır. Həmin pislik təbəqəsi bu bərabərlikdən özünü xoşbəxt sayaraq, hətta fərdi ağır sosial şəraitini belə görmək istəmir. Lakin bunu hiss etdiyi anda, həmin Nikolun və inqilabçıların ən ifratçı cəlladına çevriləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Böhran   Pşainyan  


Bizi "telegram"da izləyin