Ermənistanda məhkum edilmiş 20 iranlı müddətsiz aclıq aksiyası keçirir

2019/07/Bant--1563869979.jpg
Oxunub: 14439     15:18     23 İyul 2019    
“Ermənistanın “Armavir” cəzaçəkmə müəssisəsində İran İslam Respublikasının vətəndaşları olan 20 nəfər müddətsiz aclıq elan edib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri milliyətcə fars olan məhkum Əkbər Bahanes deyib.

Onun sözlərinə görə, onlar çəzaçəkmə müəssisəsindən yox, istintaq komitəsində cinayət işlərinin uzun müddətdir araşdırlmasından narazıdırlar.

“Aclıq aksiyası keçirənlərin bir hissəsi də onların İrana verilməsini tələb edirlər. Məsələ ilə bağlı İranın Ermənistandakı səfiri də məlumatlıdır. Lakin hələlik heç bir addım atılmayıb. Adam var ki, 13, yaxud 17 il müddətinə məhkum edilib. 5-6 ildir ki, burada saxlanılır. Artıq onlar İranda həbsdə olmalı idilər”, - deyə Bahanes bildirib.

O qeyd edib ki, uzaqlıq əsas problemlərdən biridir və çoxlarının qohumları görüş üçün Ermənistana gələ bilməzlər.

“Biri diabet xəstəsidir, əsəbləri yaxşı deyil, sidik kisəsində şiş var. Əgər indi İranda olsaydı, onu bu xəstəliklərinə görə həbsdən azad edərdilər. Aclıq aksiyası keçirməyimiz barədə səfiri məlumatlandırmaq üçün yaxınlarımızı xəbərdar etmişik”, - deyə milliyətcə fars məhkum Ermənistanda əcnəbi məhkumlara qarşı yaxşı davranılmadığını vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Məhkumlar   Etiraz  


Bizi "telegram"da izləyin