“Nikolu inkar et”: Gümrüdə də Paşinyan xalqdan yayınır - FOTOLAR

2019/07/image-1563783832.jpg
Oxunub: 11450     12:52     22 İyul 2019    
“Xalqın Baş nazirə yaxınlaşmaması üçün Gümrü Texnologiya Mərkəzinin ətrafı tamamilə maneələrlə bloklanıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, Gümrü sakinlərinin çoxu Paşinyana nifrət edir və onu Baş nazir kimi görmək istəmirlər.

“Əgər maneələr aradan qaldırılmazsa, xalq daha da qəzəblənəcək. Bloklanmış küçələrlə təsadüfi insanlar keçə bilməz. Gümrü sakinlərinin fikrincə, öncədən hazırlanmış adamalar var ki, Paşinyanın simasını qoruyub saxlamaq üçün onlara bu bloklardan içəri daxil olmağa icazə verəcəklər.

Paşinyanın səfərindən əvvəl Gümrünün bir çox küçələrində “Nikolu inkar et” yazıları peyda olub. Bununla da vətəndaşlar Paşinyanın yürütdüyü siyasətlə razı olmadıqlarını ifadə edirlər”, - deyə “Hraparak” vurğulayıb.

Bununla bağlı “Facebook” istifadəçisi Anjel Vardanyan da Paşinyanın gəlişindən fotolar paylaşaraq reaksiyasını bu şəkildə bildirib: “Faktiki olaraq Gümrüdə xalq-Baş nazir və xalq arasında maneələr qoyulub. Xalqın Baş nazirə yaxınlaşmaması üçün Gümrü Texnologiya Mərkəzinin ətrafı tamamilə maneələrlə bloklanıb. Əslində Paşinyan başa düşür ki, çoxları ondan narazıdır və vətəndaşlara ona yaxınlaşma imkanı verilərsə, bu zaman Paşinyanın əsl siması ortaya çıxacaq, o halda çoxlarının reallıqda onu qəbul etmədiyi məlum olacaq”.

Qeyd edək ki, dünən Paşinyan Gümrüdə olub. Gümrü Texnologiya Mərkəzinin ətrafının öncədən blokadaya alınması Gümrü sakinlərini qəzəbləndirib.



Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Gümrü   Etiraz  


Bizi "telegram"da izləyin