“Paşinyanın bəyanatları tamamilə pafosdur və tırtılların altında qalan olmayıb” - Alumyan

2019/07/28150-1563781837.jpg
Oxunub: 16402     12:00     22 İyul 2019    
“Əgər cənab Paşinyan “1 Mart”da tankların daxil olaraq, insanları tırtılların altında əzdiyini hesab edirsə, o zaman yəqin ki, cənab Paşinyan tank görməyib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın ikinci prezidenti Robert Köçəryanın vəkili Hayk Alumyan Paşinyanın “kimlər ki, deyir Köçəryan siyasi məhbusdur, belə çıxır ki, o adamlar demək istəyir ki, silahlı qüvvələri və tankları İrəvana soxmaq, istənilən müxalifət təzahürünü tankların tırtılları altında əzmək ixtiyarım var” deyə səsləndirilən fikirlərinə münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, Paşinyan yaxşı bilir ki, “1 Mart” hadisələri zamanı tırtılların altında heç kəs qalmayıb.

“Əgər bu hiperboladırsa, o zaman birbaşa uğursuz hiperboladır. Doğrudan da əgər cənab Paşinyan “1 Mart”da tankların daxil olaraq, insanları tırtılların altında əzdiyini hesab edirsə, o zaman yəqin ki, cənab Paşinyan tank görməyib. Lakin heç olmasa özü bilirmi ki, həmin hadisələr zamanı tırtılların altında qalanlar olmayıb? Bu tərkibdə olan digər ideyaları şərh etmək lazım deyil”, - deyə Alumyan bildirib.

Jurnalistin “Bununla da, təqsirsizlik ehtimalı pozulubmu?” sualına cavabında vəkil vurğulayıb ki, Paşinyanın bəyanatları ilə əlaqədar olaraq, bu tipli mübahisələrə girişməmək prinsipi üzrə iş aparırlar.

“Artıq bir dəfə Paşinyan öz nümayəndəsinin vasitəsi ilə “qatil” deyərkən, cənab Köçəryanı nəzərdə tutmadığını ifadə edib”, - deyə vəkil əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   1-Mart  


Bizi "telegram"da izləyin