Ermənistanda hərbi hissə komandirinin 8 milyonluq mənimsəmə FAKTI

2017/11/22656483_2394779937414827_669105212_n_1508415794234234_1511164685_1511247549.jpg
Oxunub: 840     11:41     20 İyul 2019    
Ermənistanda hərbi hissə komandirinin təşəbbüsü ilə təxminən 8 milyon dram məbləğində mənimsəmə və saxtalaşdırma hərəkətləri ilə bağlı ittiham üzrə cinayət işi məhkəməyə göndərilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan mərkəzi hərbi prokurorluğunun hərbi xidmətə qarşı yönəlmiş xüsusi əhəmiyyətli işlər üzrə istintaqa nəzarət şöbəsinin prokuroru tərəfindən Ermənistan İstintaq komitəsinin Hərbi İstintaq Baş idarəsinin 9-cu qarnizon istintaq şöbəsi tərəfindən istintaqı aparılan və ittiham rəyi ilə daxil olan cinayət işi təsdiqlənərək, araşdırılması üçün məhkəməyə göndərilib.

Cinayət işinin ilkin araşdırılması zamanı “N” saylı hərbi hissənin komandiri A.S –nın öz səlahiyyət mövqeyindən faydalanaraq, 2018-ci ilin fevral ayında hərbi hissədə xidmət edən A.B, X.Ç, A.S və E.Q adlı zabitlərin vasitəsilə hərbi hissəyə ayrılan dizel yanacağının sərfiyyatını təşkil etməsi və onları rəsmi sənəd hesab edilən aqreqatların iş vərəqlərində saxta qeydlər aparılmasına təşviq etdiyi sübuta yetirilib.

Bildirilir ki, guya qeyd edilən aqreqatların mühərrikləri yüklənmiş iş rejimində işləməkdədir. Komandirin bu təşəbbüsünə adları sadalanan zabitlər tərəfindən razılıq verilib. Yol verilən saxtakarlıq nəticəsində 2018-ci ilin fevral ayından iyun ayınadək olan müddət ərzində “N” saylı hərbi hissədə külli miqdarda olmaqla 8.856.000 erməni dramı dəyərində 24.000 litr dizel yanacağı mənimsənilərək satılıb.

Cinayət əməlinə görə adları çəkilən zabitlərə qarşı ittiham irəli sürülüb. İttiham edilənlərin hamısı özlərini günahkar hesab edərək, dövlətə dəymiş maddi ziyanı tam ödədikləri qeyd olunur.

Qeyd edilən cinayət əməlinə görə cəmi 9 nəfər olmaqla, təqsirləndirilən şəxslər arasında hərbi hissə komandiri A.S, zabitlər A.S , A.B , X.Ç, A.H, gizir E.Q , çavuş H.A və əsgər K.S olmaqla cəmi 8 hərbi qulluqçuya qarşı CM-nin müvafiq maddələri üzrə ittiham irəli sürülüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Korrupsiya  

Ermənistanda hərbi hissə komandirinin 8 milyonluq mənimsəmə FAKTI

2017/11/22656483_2394779937414827_669105212_n_1508415794234234_1511164685_1511247549.jpg
Oxunub: 841     11:41     20 İyul 2019    