Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin hərbi polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiləri nəticəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin komplektləşdirmə bölməsinin rəisi, mayor Q.K.-nın tərxis edilən hərbi qulluqçulardan pul toplaması faktını müəyyən edib.
Məlum olub ki, komplektləşdirmə bölməsinin rəisi “Ford” markalı avtobusla tərxis edilən hərbi qulluqçuların yaşayış yerlərinə yola salınmasına görə, onların hər birindən 2000-5000 dram pul toplayıb. Daha sonra hərbi qulluqçular sözügedən avtomobillə getməkdən imtina etsələr də, onlardan toplanan vəsait geri qaytarılmayıb.
Ermənistan hərbi polisindən verilən məlumata əsasən, fakt üzrə Ermənistan Müdafiə Nazirliyinin hərbi polis orqanında materiallar hazırlanır.
Alpər Mövludoğlu
Ordu.az