“Qriqoryanı dinləmək və medalın ikinci üzünü görmək istəyirəm” - Xaçatryan

2019/07/34534-1563448759.jpg
Oxunub: 476     17:49     18 İyul 2019    
“Bir həkim olaraq, Qriqoryana qarşı nümayiş etdirilən davranışa ürək ağrısı ilə baxıram”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni psixoloq Mhirdat Madatyan və İrəvan ağsaqqallar şurasının sabiq üzvü Marina Xaçatryan jurnalistlərlə görüşü zamanı bildirib ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryanı siyasi məhbus hesab edirlər.

Madatyanın sözlərinə görə, Avropa tezliklə bu statusu ona verəcək.

“Köçəryanın nüfuzu hazırda kifayət qədər artıb. Paşinyan Köçəryanı necə “bağlamağı” düşünür və onu özünə yeganə alternativ hesab edir. Bu gün Paşinyan öz qonaqlarını Köçəryanın inşa etdirdiyi şimal prospektinə gəzintiyə çıxarır”, - deyə Madatyan vurğulayıb.

Xaçatryan isə, öz növbəsində Köçəryandan başqa erməni general Manvel Qriqoryanı da siyasi məhbus hesab etdiyini qeyd edib.

“Bir həkim olaraq, Qriqoryana qarşı nümayiş etdirilən davranışa ürək ağrısı ilə baxıram. Qriqoryanın nə üçün mühakimə edildiyi məlum olmadığı bir halda, səhhətində bu cür ciddi problemi olan insanı necə həbsdə saxlamağın mümkün olduğunu anlamıram. Sadəcə bu şəxsin danışmağını istəmirlər. Əgər Ermənistanın ikinci prezidenti güclü şəxsiyyət, təhsilli ailəyə malik olmaqla mübarizə aparır və nüfuzu qalxırsa, Qriqoryan sanki ümidlərini itirib. Qriqoryan doğurdan da cinayət törədibsə, hamı kimi mühakimə olunmasını istəyirəm. Qriqoryanı dinləmək və medalın ikinci üzünü görmək arzusundayam”, - deyə Xaçatryan sözlərinə yekun vurub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Qriqoryan  

“Qriqoryanı dinləmək və medalın ikinci üzünü görmək istəyirəm” - Xaçatryan

2019/07/34534-1563448759.jpg
Oxunub: 477     17:49     18 İyul 2019    