“Sarkisyan torpaqların təhvil verilməsində xəyanətkar fəaliyyətlər həyata keçirirdi” - Avetisyan

2019/07/MHM01-1563439117.jpg
Oxunub: 697     15:37     18 İyul 2019    
“Bizim fəaliyyətimiz erməni xalqının ürəyincə olub və məqsədlərimizin həyata keçirilməsinə yönlənib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “Sasna Tsrer” partiyasının üzvü Varujan Avetisyan “polis alayının zəbt edilməsinin 3-cü ildönümü” münasibətilə ilə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu fəaliyyət erməni xalqının ürəyincə olub.

“Serj Sarkisyan torpaqların təhvil verilməsində xəyanətkar fəaliyyətlər həyata keçirib. Bu günü xalqın qələbə günlərindən biri hesab edirəm. Bizim fəaliyyətimiz erməni xalqının ürəyincə olub və məqsədlərimizin həyata keçirilməsinə yönlənib. Türmədə olan bizim silahdaşlarımızı, o cümlədən Smbat Barseğyanı, Armen Bilyanı və yalnız onları deyil, həmçinin Varduhi Vardanyanı təbrik edir və tezliklə azadlıq arzu edirəm”, - deyə Avetisyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Sarkisyan   Sasna-Tsrer  

“Sarkisyan torpaqların təhvil verilməsində xəyanətkar fəaliyyətlər həyata keçirirdi” - Avetisyan

2019/07/MHM01-1563439117.jpg
Oxunub: 698     15:37     18 İyul 2019    