Bu illər ərzində agentlik tərəfindən 804 min kvadratmetr - yəni 54 min hektar ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Ötən dövrdə 804 min partlamamış hərbi sursat, piyada və tank əleyhinə mina aşkarlanaraq zərərəsizləşdirilib.
Ordu.az xəbər verir ki, bunu iyulun 16-da ANAMA-nın direktoru Qəzənfər Əhmədov müsahibəsində deyib.
Q.Əhmədov qeyd edib ki, təkcə bu il 122 təcili və təxirəsalınmaz əməliyyat çıxışı olub, 17 min ədəd müxtəlif çaplı patron aşkarlanıb, 1700 PHS zərərsizləşdirilib. Piyada əleyhinə 17, tank əleyhinə 20 mina və təlim məqsədli 30 mina aşkarlanaraq zərərsizləşdirilib. Əsas məqsədimiz odur ki, işğal altındakı torpaqlarımız tezliklə azad edilsin və orada təmizləmə işlərinə başlayaq.
Agentlik tərəfindən bir neçə böyük layihənin uğurla icra olunduğunu vurğulayan ANAMA-nın direktoru bildirib: “Biz Türkiyədə beş böyük layihəni icra etmişik. Gələn il Türkiyədə yeni layihə açılacaq və tender elan olunacaq. Biz orada da iştirak etməyi planlaşdırırıq. ANAMA NATO və BMT ilə də sıx əməkdaşlıq edir. NATO çərçivəsində biz iki böyük layihə - “Saloğlu” və “Ceyrançöl” layihələrini uğurla başa çatdırmışıq. Bundan başqa, agentlik Gürcüstandan və digər ölkələrdən olan mütəxəssislər üçün təlimlər keçib”. (AZƏRTAC)
Ordu.az