Erməni ekspertdən etiraf: "Bu addım Türkiyə Silahlı Qüvvələri tarixində ciddi dönüşdür"

2019/07/45645-1563187770.jpg
Oxunub: 943     13:30     16 İyul 2019    
"Türkiyənin S-400 raket kompleksləri əldə etməsi ABŞ-la münasibətlərin kəskinləşməsində əsas faktor deyil".

Ordu.az xəbər verir ki, bu barədə erməni ekspert Varujan Qeğamyan "Shantnews" telekanalının “Horizon” verilişində Rusiyanın Türkiyəyə tədarük etdiyi S-400 raket sisteminin harada yerləşdiriləcəyinə dair suallara cavab verərkən deyib.

O bildirib ki, rəsmi olaraq Rusiyadan tədarük edilən zenit raket kompleksinin Suriya ilə sərhəddə yerləşdiriləcəyi bildirilsə də, son dövrlərdə yayılan məlumatlara görə, kompleksin Ankara çevrəsində yerləşdiriləcəyi ehtimal edilir.

Erməni ekspert, kompleksin tərkibini təşkil edən dəstlərin Ankara çevrəsindəki hərbi bazalardan birinə gətirilməsinin müşahidə olunduğunu, lakin hazırda harada yerləşdiriləcəyinə dair tam dəqiq məlumat olmadığını vurğulayıb.

"Kompleks real müharibə bölgəsində yerləşdirilməməsi ehtimalına görə, hələlik ABŞ tərəfindən kəskin tənqid edilmir. Rusiyadan alınan S-400 raket kompleksi Türkiyənin daxil olduğu NATO-nun HHM sisteminə qoşulmayacaq və ayrıca fəaliyyət göstərəcək. Bu sistem sırf Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə ediləcək. Bu addım Türkiyə Silahlı Qüvvələri tarixində ciddi dönüşdür", - deyə o Türkiyənin uğurunu etiraf edib.

Erməni ekspertin fikrincə, bu alqı-satqı hərbi əhəmiyyətdən daha çox siyasi təyinatın daşıdığını göstərir.

O bildirib ki, 4 kompleks üçün Türkiyə tərəfinin 2,5 milyard dollar ödədiyi ehtimal edilir: "Türkiyənin S-400 raket kompleksləri əldə etməsi ABŞ-la münasibətlərin kəskinləşməsində əsas faktor deyil. Gərginlik kompleks xarakter daşıyır və S-400 məsələsi də bunlardan biridir. Tarixdə heç vaxt ABŞ-Türkiyə münasibəti indiki səviyyədə aşağı olmayıb".

S-400 komplekslərinin Türkiyənin müdafiə sistemlərinə daxil olması ilə, Rusiya tərəfinin NATO müdafiə sistemi barədə məlumat əldə edə biləcəyinə dair iddialara gəldikdə isə Qeğamyan bildirib ki, bu sistem NATO sisteminə daxil edilməyəcəyinə görə informasiya əldə edilməsi mümkün deyil.

Qeğamyanın fikrincə, Rusiya və Türkiyə arasında “Türk axını” qaz kəməri, atom stansiyalarının inşası sahəsindəki əməkdaşlıq taktiki xarakter daşıyır və hər iki ölkə üçün əlverişlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə-Rusiya   S-400  

Erməni ekspertdən etiraf: "Bu addım Türkiyə Silahlı Qüvvələri tarixində ciddi dönüşdür"

2019/07/45645-1563187770.jpg
Oxunub: 944     13:30     16 İyul 2019    