Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, məsələyə açıqlama verməyə məcbur olan Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan, bu prosesin hərbi qulluqçuların döyüş növbətçiliyinin yerinə yetirilməsi göstəricilərindən asılı olduğunu iddia edib.
“Döyüş növbətçiliyi həyata keçirməyən hərbi hissələrdə artımlar nəzərə çarpacaq qədər çox deyil. Artım ümumi olaraq 10% deyil, orta təbəqənin məvacib artımı nisbətən daha aşağıdır”, - deyə Hovannisyan Paşinyanın hərbi qulluqçuların maaşlarının artırılması barədə verdiyi göstərişin əslində işlək olmadığını qeyd edib.
Xatırladaq ki, mayın 23-də Ermənistanda keçirilən hökumət iclasında iyunun 1-dən etibarən hərbi qulluqçuların əmək haqqının artırılması haqqında qərar qəbul edilib. Müdafiə naziri Davit Tonoyan qeyd edib ki, hərbi qulluqçuların maddi təminat həcmi orta hesabla 10% artırılır.
Alpər Mövludoğlu
Ordu.az