Bədbəxt hadisə nəticəsində həlak olan hərbçi dəfn edilib

2019/07/46-1562514491.jpg
Oxunub: 32183     17:06     07 İyul 2019    
Hərbi hissədə bədbəxt hadisə nəticəsində həlak olan hərbçi, 1990-cı il təvəllüdlü gizir Ağalarov Amiddin Şahmalı oğlu Qusarda dəfn edilib.

Ordu.az xəbər verir ki, gizir Ağalarov Amiddin Şahmalı oğlu doğulduğu Piral kəndində Müdafiə Nazirliyinin nümayəndələri, mərhumun xidmət yoldaşları, Qusar Rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri, rayonun idarə, müəssisələrinin kollektivləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə dəfn edilib.

Qeyd edək ki, A.Ağalarov ailəli idi, 3 azyaşlı uşağı var. O, 9 ildir ki, orduda xidmət edirdi.

Allah rəhmət eləsin!

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ordu  


Bizi "telegram"da izləyin